Yerevanda binanın bir hissəsi uçub
Bu gün Yerevanda Ədliyyə Nazirliyinə aid binalardan birinin damının bir hissəsi uçub. Uçma zamanı binada əməkdaşlar olub. Bir nəfər həlak olub, yaralananlar var. Bu haqda hadisə yerindən Ermənistanın ədliyyə naziri Artak Zeynalyan xəbər verib:
“İşçilərdən biri reanimasiyadadır. İlkin məlumata görə, o, kəllə-beyin travması alıb. Digərininki sadəcə cızıqlardır, onu artıq evə buraxıblar”.
Nazir onu da bildirib ki, hazırda cinayət işinin qaldırılması üçün materiallar hazırlnır.
“Binada tikinti işləri gedirdi. Vəziyyət öyrəniləcək və əgər günahkarlar varsa, onlar cavab verəcəklər”.