Yerevanda 6-cı Ümumerməni “Ermənistan-Diaspora” konfransı öz işinə başlayıb
Yerevanda 6-cı Ümumerməni “Ermənistan-Diaspora” konfransı öz işinə başlayıb. Konfransda 70 ölkədən 1500 nəfər, bütün yerli isteblişment və ali ruhanilər iştirak edib.
Bu il konfrans “Qarşılıqlı etimad, vəhdət və məsuliyyət” adı altında keçirilir. Ermənistan üçün aşağıdakı vacib məsələlər üzrə tematik iclaslar baş tutacaq:
- iqtisadiyyatın inkişafı,
- müdafiə siyasətinin xüsusiyyətləri,
- regional çağırışlar və milli təhlükəsizlik,
- xarici siyasət,
- erməni genosidinin fəsadlarının aradan qaldırılması,
- erməni kimliyinin qorunub saxlanmasının əsas problemləri.
6-cı konfrans böyük diqqət cəlb edib – xüsusən də xaricdə yaşayan həmvətənlilər arasında, çünki bu il burada ümumerməni şurasının yaradılması ideyası müzakirə olunacaq. Bu haqda və ümumilikdə Ermənistan-Diaspora haqda JAMnews daha əvvəl analitik məqalə dərc edib.
JAMnews-un şərhçisi Naira Ayrumyan Ermənistan prezidentinin “dünyada uğur qazanmış ermənilər var, onların şəxsi və institusional imkanları… hətta bir neçə dövlət qurumunun birgə imkanlarını aşır” sözlərini şərh edərkən, yazmışdı:
“İnkanlı ermənilərin kapitalı həqiqətən də Ermənistanın dövlət büdcəsi ilə müqayisəyə gəlir. Amma bu kapitalı Ermənistana cəlb etmək üçün hakimiyyət şəffaf dövlət strukturları yaratmalı və ənənəvi sahələrdə inhisardan əl çəkməli olacaq. Mümkündür ki, bu, milli şəbəkə strukturunun yaradılması yolu ilə həyata keçiriləcək”.
Bu gün konfransın açılışında Serj Sarqsyan qeyd edib ki, Ermənistan artıq ayaq üstə möhkəm durur və “Ermənistan-Diaspora münasibətlərinin strateji inkişafı konsepsiyasının işlənib hazırlanması üçün gücə və iradəyə sahibdir”. Prezident həmçinin bildirib ki, növbəti konfrans “Dörd milyonluq Ermənistan” layihəsinin başlanğıcı olacaq: “Biz repatriasiya təşkilatı haqda məsələnin ciddi müzakirəsi üçün yetişmişik”.
Serj Sarqsyan vurğulayıb: Ermənistanın dövlət siyasətinin kökü həmişə diasporun bütün təbəqələri ilə əlaqələrin daima təmin edilməsindən, xaricdə yaşayan həmvətənlilərin erməni kimliyinin qorunub saxlanmasının dəstəklənməsi, fövqəladə vəziyyətlərdə olan, əsasən də indiki məqamda Suriyada yaşayan ermənilərə yardım etməkdən ibarət olub.
Bütün ermənilərin katolikosu İkinci Qaragen də konfransın açılışında çıxış edib və bildirib ki, Ermənistan və diaspora milli birlik məsələsində həmrəydir: milli birlik şəxsi maraqların və durumların fövqündə olmalıdır.
“İşlər düz getmədi və ya ədalətsizliklə qarşılaşdın deyə vətəndən üz çevirmək olmaz. Biz vətənin əsgərləri və nökərləriyik, bizim devizimiz belə olmalıdır. Biz Vətənimizi sadəcə bizim olduğu üçün sevməliyik. Vətən bizim hər birimizə güc verir”, – İkinci Qaragen deyib.
Konfrans işini sentyabrın 20-də başa vuracaq.
Məqalədəki terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaaşlarının fikirləri və ideyalarıı ilə üst-üstə düşməyə bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən qeyri-etik sayıla biləcək şərhləri silmək haqqını özündə saxlayır.