Yerevan polisinin PPX alayının ərazisini ələ keçirən qrupa yemək çatdıran Artur Sarqsyan azad edilib
Paylaşmaq
Paylaşmaq
2016-cı il iyulun 17-də polisin PPX alayının ərazisini ələ keçirən “Sasna tsrer” qrupunun üzvlərinə yemək çatdıran Artur Sarqsyan “Məhbuslar üçün xəstəxana” islah müəssisəsindən azad edilib və “Ermənistam” tibb mərkəzinə köçürülüb.
İyulun 17-də silahlı qrup Ermənistan polisinin Post Patrul Xidməti alayının ərazisini ələ keçirib və bundan təqribən bir ay əvvəl həbs olunan müxalifətçi Jirayr Sefilyanın azad edilməsini tələb edib. “Təsisedici parlamentin” lideri Jirayr Sefilyan qeyri-qanuni silah və hərbi sursat əldə etmək, daşımaq və saxlamaqda ittiham olunaraq həbs edilmişdi. Qiyamçılar Sefilyanın azad edilməçsini və Ermənistan prezidenti Serj Sarqsyanın istefasını tələb edirdilər.
İyulun 26-da səhər saat 7 radələrində Artur Sarqsyan şəxsi avtomobilində polis kardonunu yararaq qrup üzvlərinə ərzaq çatdırıb. Mediada “Ats berox” (çörək gətirən) adlandırılan Artur Sarqsyan PPX alayının ərazisinə soxulmaqda, bu bölüyün inzibati binasının və ətraf ərazilərin ələ keçirilməsi və saxlanmasında ittiham olundu.
İyulun 31-də silahlı qrup təslim oldu.
Artur Sarqsyan haqqında seçilmiş həbs qət-imkan tədbirinin şəxsi zaminlik əsasında dəyişdirilməsi ilə bağlı Milli Məclisin 27 deputatı Baş Prokurorliuğa müraciət edib. Onlar arasında “Çiçəklənən Ermənistan”, “Ermənistan Milli Konqressi” “Orinats yerkir” (qanun ölkəsi), “Daşnaksütyun” Ermənistan İnqilab Federasiyası, “İrs” franksiyalarının və heç bir fraksiyaya daxil olmayan deputatlar vardı.
Martın 6-da Ermənistanın baş prokuroru bu deputatlardan altısı ilə görüşüb, onları Sarqsyana qarşı irəli sürülmüş ittihamlarla tanış edib, şəxsi zəmanət əsasında həbs qət-imkan tədbirinin dəyişdirilməsi qaydalarını, zamin duranların hüquq və öhdəliklərini, həmçinin onlarıpn məsuliyyətini izah edib.
Deputatlara Sarqsyanı “Məhbuslar üçün xəstəxana” islah müəssisəsində ziyarət etməyə şərait yaradılıb ki, bundan sonra onlar öz bəyanatlarını təsdiq etsinlər və ya bundanm imtina etsinlər.
“Al plus” xəbər verir ki, altı deputat nəinki öz zaminliyini təsdiq edib, həm də hər biri 500 min dram girov ödəyib.
Baş prokuror Artur Sarqsyan haqqında həbs qət-imkan tədbirinin şəxsi zaminlik əsasında dəyişdirilməsi haqda qərar qəbul edib. Qərar qüvvəyə minəndən sonra Sarqsyan “məhbuslar üçün xəstəxana”dan azad edilib və “Ermənistan” tibb mərkəzinə köçürülüb.
Vəkil Tiqran Yeqoryan xəbər verir ki, Artur Sarqsyanın səhhəti ağır olaraq qiymətləndirilir.
Fevralın 9-a qədər Artur Sarqsyan ölkədən çıxmamaq haqda iltizam əsasında azad edilmişdi. Amma fevralın 9-da məhkəmə qət-imkan tədbirini dəyişərək onun 2 ay müddətinə həbs edilməsi haqda hökm çıxarıb və bunu müttəhimin Ermənistan CM-nin 131-ci maddəsini (ölkəni tərk etməmək haqda iltizamı pozmaq) pozması ilə izah edib. Bundan sonra Artur Sarqsyan aclıq elan edib, aclıq aksiyası 23 gün davam edib və onun səhətinə ciddi ziyan vurub.