“Yerevan piyadalar və elektromobillər şəhəri olacaq” - meriya
Yerevan meriyası paytaxtda maksimum əlverişli ekoloji vəziyyətin yaradılması üzərində çalışır. Daha əvvəl mer elan etmişdi ki, Yerevan avtomobil şəhərindən piyada şəhərinə çevrilməlidir. İndi isə başqa bir hədəf qoyulub: insanları elektromobillərə keçməyə motivasiya edən şərait yaratmaq, həmçinin elektriklə çalışan şəhər nəqliyyatının sayını artırmaq.
Meriya özündən başlayıb
Yerevan meriyası hesab edir ki, ilk növbədə elektrik nəqliyyatının çoxalması və yenilənməsi vacibdir. Paytaxt merinin mətbuat katibi bildirib:
“Məlum olduğu kimi, Yerevanın nəqliyyat şəbəkəsinin islahat işləri gedir. Dizel mühərriklərindən imtina etmək hədəflənib. Qaz mühərrikləri olacaq, bir də nəqliyyat parkının 10 faizə yaxını elektrik nəqliyyatına ayrılacaq. Bu, troleybus şəbəkəsinin modernləşməsi və genişlənməsi, həmçinin elektrik avtobuslarının alınması sayəsində baş veriəcək”.
Akop Karapetyan bildirib ki, bunun üçün qrant vasitələri cəlb olunacaq.
• Yerevanda daha iki metro stansiyası və funikulyor tikiləcək
• Avtomobil biznesinin ən populyar sxemi: Avropa-Gürcüstan-Şimali Osetiya-Cənubi Osetiya-Rusiya
Elektromobillərdən istifadə stimulu
Elektrobobillərin istifadəsini stimullaşdırmaq üçün hökumət güzəştlər təqdim edir və bunun üçün lazım olan infrastrukturu inkişaf etdirir.
Artıq avtomobil tullantılarına görə ekoloji vergidən azad edilmə qüvvədədir . Parlament isə ilk oxunuşda ölkəyə elektromibil gətirənləri ƏDV-dən azad edən qanun layihəsini qəbul edib. Üstəlik hökumət artıq hesablayıb ki, bu durum büdcə daxilolmalarını o qədər də azaltmayacaq, çünki il ərzində elektrik mühərrikli maşınlar o qədər də çox gətirilə bilməz.
Elektromobillərin sayı
Polisin məlumatına görə, Ermənistanda hazırda cəmi 15 elektromobil qeydiyyatdan keçib. İlk 7 bu cür avtomobil 2017-ci ildə, daha 7-si isə 2018-ci ildə və 2019-cu ilin birinci rübündə cəmi bir ədəd gətirilib.
Elektromobillərin və elektrikli şəhər nəqliyyatının istifadəsi, meriya ekspertlərinin fikrincə, havanın çirklənməsi baxımından şəhərdə ekoloji vəziyyəti xeyli yaxşılaşdıracaq.
Elektrikdoldurma stansiyaları
Elektromobillərin istifadəsini stimullaşdırmaq üçün 2020-ci ildə infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq, o cümlədən də elektrikdoldurma stansiyalarının sayını artırmaq planlaşdırılıb.
Hələlik aydın deyil ki, onların sayı konkret nə qədər olacaq, çünki Ermənistan sakinlərinin bu çağırışa cavab verib-verməyəcəyi və yaxın zamanda ölkədə nə qədər elektrik mühərrikli avbomobilin olacağı bəlli deyil.
Hələlik Ermənistanda cəmi 9 stansiya fəaliyyət göstərir, onlardan 4-ü Yerevandadır. Onların böyük hissəsi “Tesla” markalı avtomobillər üçün nəzərdə tutulub. Amma meriya artıq digər elektromobillərin də yararlana biləcəyi daha çox stansiyaların olmasının qayğısına qalıb.