Yerevan meriyası Hollandiyadan 500 min zanbaq soğanağı gətirib
Paylaşmaq
Paylaşmaq
Yerevan meriyasının xəbər verdiyi kimi, Hollandiyadan 500 min zanbaq soğanağı gətirilib ki, onlar artıq anbara yığılmış soğanaqlarla birgə Yerevan parklarında, şəhər bağçalarında və səki kənarlarında basdırılıb.
Soğanaqlar bütün qaydalara uyğun basdırıldığından, aqronomlar böyük miqdarda zanbaqların bitəcəyini gözləyirlər.
Zanbaqlar Yerevanda çiçək açacaq ilk güllər olacaq. Onlar martın 20-dən aprelinədək parkları, şəhər bağçalarını və küçə güllüklərini bəzəyəcək.