Tesla şirkətinin sahibi İlon Mak öz Twitter və Instagram-ında dünyanın ən populyar elektromobilinin yeni modelinin fotosunu yerləşdirib.
Yeni modelin qiyməti 35 min dollar olacaq, daha əvvəlki modeldən iki dəfə ucuz, bu da Teslanın alıcılar sarıdan böyük uğur qazanacağına işarədir.
Hələ ki, proqnozlar təsdiqlənir. Bir il əvvəl şirkət yeni modelin istehsalı ilə bağlı planını açıqlayanda bütün arzu edənlərə modeli əldə etmək hüququ üçün 1000 dollar həcmində depozit ödəməyi təklif etdi. Bir neçə saat ərzində 300 min nəfərdən ibarət növbə formalaşdı. Tesla xəbərdarlıq etdi ki, öz məhsuluna olan tələbatı yalnız 2018-ci ilin sonuna qədər tam təmin edə biləcək.
Tesla-nın yeni modelinin ilk sahibi İlon Mak özü olub. Direktorlar Şurasının üzvlərindən biri bu elektromobili əldə etmək hüququnu təsdiqləyən sertifikat əldə edib və onu Makın qırx altıncı doğum gününə hədiyyə edib.