Yeni təhlükə - iynəyarpaq
Şəhər kənarında standart bir otaqlı mənzil. Otaqdan kimyəvi laboratoriyalara məxsus spesifik qoxu gəlir.
Mənzilin sahibi 46 yaşlı Daviddir. Burada o, tələbə qızı ilə birlikdə yaşayır. David narkotik istifadəçisidir. O, əsəblə otağın içində var-gəl edərək, emosional şəkildə onu narahat edən qarabasmalarından danışır.
“İlk dəfə mən Abxaziyada, müharibə vaxtı narkotikdən istifadə etdim. O vaxt mənim yaşıdım olan çox adam əyyaş, ya da nəşəxor oldu, – xatirələrə dalaraq, pəncərəyə baxır, buradan sıra ilə düzülən eyni formada olan boz yaşayış binaları görünür.
David işsizdir. O, evdən ancaq bir məqsədlə çıxır, bir neçə iynəyarpaqlı acağın bitdiyi alçaq təpənin üstünə çıxmaq üçün. David burada iynəyarpaqlının budaqlarıdan yığıb, “efedra vinti hazırlayır.
Bu məhlul narkotik effekti, sərxoşluq yaradır və artıq gürcü mütəxəssislərinin diqqətini özünə cəlb edib.
Narkotiklərin istifadəsi riskinin azaldılması sahəsində çalışan mütəxəssislər həyəcan təbili çalır – “iynəyarpaq məhlulu öz əlçatımlığı və ucuzluğu sayəsində getdikcə daha da populyarlaşır.
Gürcü təbabətində həm də “tsxenismuxla adı ilə tanınan iynəyarpaqlı efedra bitkisinin tərkibində efedrin alkaloidi var. Bu kolun müxtəlif növləri Asiya, Afrika və Amerikada yayılıb. Qafqazda onun dörd növü var, onların da ikisi Gürcüstanda bitir. Narkotikin sərxoşluq effektinə nail olmaq üçün narkomanlar onu müxtəlif kombinasiyalarda istifadə edirlər.
David ilk dəfə iki il əvvəl iynəyarpaqdan narkotik düzəldib. Düzdür, Tbilisidə əsl “iynəyarpaq bumu bir neçə ay bundan əvvəl bu kolların şəhər ərazisində də əməlli-başlı yayıldığı məlum olandan sonra başlayıb.
Onu əsasən kustar üsulla hazırlanan narkotik olan “vint həvəskarları yığır, onun istifadəsindən alınan uzunmüddətli eyforiya hissi (alınan zərər) vintin təsirinə bənzəyir.
Psixoloji Sağlamlıq və Narkomaniyanın Prevensiyası Mərkəzi yanında Qlobal Fondun metadonla əvəzləyici terapiya proqramı rəhbərinin sözlərinə görə, efedranın addiktiv potensialı böyükdür, kimyəvi maddələr əlavə ediləndən sonra isə onsuz da yüksək zəhərliliyi ilə seçilən, kustar üsulla hazırlanmış narkotiklər daha da zərərli olur.
Narkoloq David Vadaçkoriya problemin ciddi olduğunu deyir. Onun özəl klinikasına artıq səhhətinə məhz “iynəyarpaq məhlulunun istifadəsi nəticəsində zərər yetirilən bir neçə xəstə müraciət edib.
Vadaçkoriyanın sözlərinə görə, addiktiv potensialı artırmaq üçün narkotik istifadəçiləri efedraya yuxu gətirən vasitələr, benzin və digər zərərli maddələr əlavə edir, onu subsokon və metadonla birlikdə qəbul edirlər ki, bu da onun zərərini xeyli artırır.
“Bu məhlulu hazırlamaq üçün mənə bir neçə saat lazımdır. Burada ancaq iynəyarpaq deyil, mən ora çox şey əlavə edirəm. Bu proses diqqət tələb edir. Onu heç vaxt qızım evdə olanda hazırlamıram. Ondan kəskin qoxu yaranır, sonra da mən otağın havasını dəyişirəm, – David danışır.
“İynəyarpaq məhlulu və “efedra vinti sürətli fiziki və psixoloji vərdiş yaradır və sağlamlıq üçün ciddi problemlərə gətirib çıxarır: orqanizmin gücdən düşməsi, absess, sepsis, kəskin ürək çatışmazlığı, dəri və qan damar iltihabı, psixoz və depressiya… Narkoloqlar bildirirlər ki, dünya təcrübəsinə görə, bu narkotik istifadəçiləri arasında özünə qəsd cəhdi hallarına tez-tez rast gəlinir.
“Bəzən mən divarlarla danışıram, qarabasma və qıcolmalardan əziyyət çəkirəm. İstəmirəm ki, qızım bunları görsün, – David divar saatının əqrəblərini düzəldir. O, əsən əllərini güclə idarə edir.
Vaxtaşırı Davidin yanına sosial işçilər gəlir və narkotiklərin istifadəsi riskinin azaldılması üzrə proqrama qoşulmağı təklif edirlər.
Sosial işçilərdən biri olan Georgi Mçedlişvili narkotik aludəçiləri ilə işləyən “Yeni vektor təşkilatının əməkdaşıdır. Daviddən başqa, o çoxlu sayda “iynəyarpaq məhlulu istifadəçiləri ilə tanışdır və dozanı aşmaq hallarının şahidi olub.
“Narkotikin alınması üçün iynəyarpaq ağacının istifadə texnologiyası çox böyük sürətlə inkişaf edir və cəmiyyətin məlumatlanmağa ehtiyacı var. Bu narkotikin xassələri hələ sonuna qədər öyrənilməyib, bu da onun istifadə riskini bir az da artırır. Bu, stimullaşdırıcı maddədir, onların təsiri altında insan günlərlə qidalanmaya və yatmaya bilər. Bu da orqanizmi tam gücdən salır.
“Yeni vektor və digər tematik təşkilatların nümayəndələri ilə söhbət zamanı məlum oldu ki, artıq bir neçə aydır, iynəyarpaqdan hazırlanan narkotik ölkənin başqa regionlarına da sirayət edib.
İmeretiyə xammal şəklində olan iynəyarpağı Tbilisidən gətirirlər, Kaxetiya və Sameqrelo üçün bu, “yeni məhsuldur. Tematik təşkilatların əməkdaşları Qori və Rustavidə faciəvi vəziyyətdən danışırlar, bu şəhərlərdə paytaxtda olduğu kimi, bu bitki əlverişli iqlim şəraiti sayəsində bitir.
“Yaxşı ki, onu süni şəkildə yetişdirmək olmaz. Axı iynəyarpaqlə bitkinin yetişdirilməsi üçün uzun illər lazımdır, – “Yeni vektorun Rustavi filialının əlaqələndiricisi Laşa Abesadze deyir.
Narkotiklərin istifadəsi riskinin azaldılması üzrə mütəxəssislər laboratoriya şəraitində “iynəyarpaq məhlulunun zəhərliliyinin öyrənilməsi üçün vəsaitin cəlb edilməsi məsələsini müzakirə edirlər, dövlət qurumları isə fəaliyyətsiz qalıb, çünki heç nə edə bilmirlər. Polisin iynəyarpağı yığmağa görə həbs etmək hüququ yoxdur.
Gürcüstan DİN-in ölkədəki narko vəziyyətlə bağlı son hesabatına görə, inyeksiya narkomanlarının sayı 49700 nəfər təşkil edir.
Gürcüstanda müxtəlif narkotik maddələrin istifadəsindən yaranan abstinensiya sindromunun dövlət hesabına müalicəsi yalnız əsasən effekt verməyən iki həftəlik detoksikasiya kursu zamanı həyata keçirilir, Avropada bu tip müalicə və reabilitasiya azı yarım il çəkir.
Davidi onun problemli narkotik istifadəçiləri xəritəsindəki yeri az maraqlandırır. “İynəyarpaq məhlulunun istifadəsindən yarana biləcək absistensiya qorxusundan o ancaq sabahkı doza barədə düşünür.
“Mən heç vaxt heç nəyi pozmamışam. Hamıdan ayrı yaşayıram, bir neçə dəfə bu zibildən azad olmağa çalışmışam, amma təkbaşına bunun öhdəsindən gələ bilməmişəm. İstəmirəm ki, başqaları da bu ölkədə mənim kimi ancaq həbsxana ilə “müalicəyə məhkum olsun, – o deyir.
Dərc olunub 21.04.2016