Yeni il hədiyyələri yarmarkası
Yeni il artıq lap yaxınlaşıb. Bir çoxlarını bir sual narahat edir: sevgilimə, doğmalarıma nə bağışlayım. Əlində hədiyyə bağışlanası adamların uzun siyahısı olanlar üçün isə daha çətindir.
Onlar və sadəcə qəşəng əşyalar sevənlər, təxəyyülü olan və olmayan şopoqoliklər üçün “Ermənistan Mariott otelində 19-20 dekabrda illik Yeni il qabağı sərgi-satış keçirildi.
Müştərilər erməni ArmTab planşeti ala bildilər. Onlar Ermənistanda hazırlanır və yığılır, amma sərgi-satışda belə məhdud sayda təqdim olunmuşdu. Onlar heç bir mağazada satılmır, ancaq məktəblərdə tədris proqramları və ixrac üçün istehsal olunur.
“Vətənin darvazası İctimai Təşkilatı burada sərhədyanı Tavuş vilayəti məktəblərinin şagirdləri tərəfindən hazırlanan suvenirlər və Yeni il bəzəklərini təqdim etdi.
Bu sərgi-satış gənc, dəb arxasınca qaçan qadınların xüsusi marağına səbəb oldu. Pavilyonların böyük hissəsi müştərilərə əl işi olan qadın bəzək əşyalarını təklif edirdi.