Yaşayış minimumu ilə necə yaşamalı
Azərbaycanda 2016-cı il üçün yaşayış minimumunu 136 manat səviyyəsində müəyyən edən qanun qəbul edilib. Bu, 2015-ci ildə olduğundan beş manat çoxdur və ictimaiyyət yekdilliklə bildirir ki, bu pula nəinki həyatın normal səviyyəsini saxlamaq, hətta çörək almaq belə mümkün deyil.
İş orasındadır ki, Bakıda ərzaq və paltarın qiymətini ancaq Londondakı qiymətlərə müqayisə etmək olar. Yəni həftədə 34 manata ancaq qidalanmaq olar, o da ərzağı supermarketdə deyil, bazarda alsan və ancaq vacib şeylərlə kifayətlənməli olsan. Manat indi $0,95 bərabərdir.
Konservləşdirilmiş ət təzə ətdən bir az ucuzdur
Yarım fabrikatlar heç də hər kəsin ala biləcəyi ərzaq deyil
Sümüksüz dana əti. Təbii ki, yumşaq yeri üzdə, damarlar və piyi aşağıdadır
Paltarın alışından söhbət gedə bilməz, elə müalicədən də. 136 manata sizə özəl klinikada qarın boşluğunun ultrasəs müayinəsini edəcək və iki plomb qoyacaqlar. 34 manata salonda saçlarınızı rəngləyəcək, kəsəcək və düzümünü edəcəklər.
Ya da 34 manata siz preslənmiş kartondan mücrü alacaqsız. 136 manat həm də ən ucuz hədiyyə mağazasında gözəl döşəmə saatının qiymətidir.
Nəticələr gözlənilən olsa da bloqer Aliya İsmailzadə eksperiment etməyə – bir həftə təklif olunan məbləğə yaşamağa razılıq verdi. Eksperiment sona çatmaq üzrədir, amma o artıq nəticələrini edib: “Dövlət tərəfindən qayğıkeşliklə yaşayış minimumu kimi təklif olunan 136 manata yaşamaq olar. Daha doğrusu, sağ qalmaq. Əgər xəstələnməsən, paltar və ayaqqabı almasan (bunları xeyirxah adamlar da verə bilər), evlənməsən, ərə getməsən və uşaq dünyaya gətirməsən. Əlbəttə ki, evdə nə kabel televiziyası, nə də internetdən söhbət gedə bilməz.
Yaşlı valideynlərinə də bu puldan çətin kömək göstərə bilərsən, buna görə də yetimlik mütləq şərtdir. Həm də təkrar edim ki, mütləq şəxsi evin olmalıdır. Bu şərtlər daxilində bu pul pis-yaxşı əsasən kartof, düyü, makaron, hərdən toyuqla qidalanmaq, kommunal xidmətlərin pulunu ödəmək və gündə iki dəfə ictimai nəqliyyatdan istifadə etmək üçün kifayət edər.
İqtidar yönlü KİV bu situasiyaya orijinal reaksiya verdi. Məşhur 1news.az saytı ekspert Əkrəm Həsənovun şərhini dərc etdi, hansı ki yeni qanunun vətəndaşlar üçün əhəmiyyətli olduğunu iddia edir. Onun sözlərinə görə, əgər adamın banka misal üçün, 500 manat borcu varsa və o öhdəsində xanımı və iki uşağı varsa, bu 500 manat onun əlindən alına bilməz, əgər onun gəliri bu məbləğdən böyük deyilsə.
Bank krediti borcu olmayan vətəndaşların xeyri barədə məqalədə heç nə deyilmir.