2017-ci ilin yanvarında Yerevanda çoxmənzilli binalarda 1 kv.m-in orta bazar qiyməti 2016-cı ilin dekabrı ilə müqayisədə 0,4 faiz, fərdi evlərin qiyməti isə 0,2 faiz ucuzlaşıb.
Respublikanın digər şəhərlərində daha əvvəlki ayla müqayisədə mənzillərin və fərdi evlərin qiyməti dəyişməyib.
Paytaxtın ən bahalı mənzilləri Kentron (tərcümədə mərkəz) inzibati dairəsində, ən ucuz mənzillər isə Nubaraşen periferiyasında yerləşir, oradakı mənzillər mərkəzdəkilərdən 2 dəfədən artıq ucuzdur.
Respublikanın başqa şəhərləri arasında ən baha mənzillər Tsaxkadzordadır. Kurort şəhərindəki mənzillərin qiyməti ancaq paytaxtın Kentron və Arabkir [paytaxtın mərkəzi hissəsi] icmalarındakı mənzillərin qiymətindən aşağıdır.
Ermənistanın ən ucuz mənzilləri Şamluq Qeqarkunik rayonunda və Dastakert Sünik rayonundadır. Burada mənzillərin 1 kv.m-i 8 min dramdır (16 dollardan bir az artıq). Bu, Tsaxkadzordakı mənzillərdən 36 dəfə, paytaxtın Kentron inzibati dairəsindəki mənzillərdən isə 56 dəfə ucuzdur.
Göstəricilər Ermənistan hökuməti yanında Daşınmaz Əmlak Kadastrası üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilib.