Gürcüstanın Milli Ctatistika Xidmətinin məlumatına görə, yanvarda inflyasiya göstəricisi əvvəlki ayla müqayisədə 2,9 faiz təşkil edib.
Ötən ilin yanvar ayı ilə müqayisədə istehlak qiymətləri indeksi 3,9 faiz artıb ki, bu da son bir neçə ilin maksimal göstəricisidir. 2010-cu ilin orta göstəricisi ilə müqayisədə isə qiymətlər 22,5 faiz artıb.
İl ərzində ən çox qida məhsulları və alkoqolsuz içkilər bahalaşıb – 4,2 faiz. Eyni zamanda tərəvəzlər (22,4 faiz) və meyvələr (8,9 faiz) də ən çox bahalaşanlar sırasındadır.
Ay ərzində (dekabrdan yanvara qədər) ən çox bahalaşanlar nəqliyyat (7,2 faiz), alkoqol və tütündür (6,2 faiz). Eyni zamanda malların bir qismi ay içində bir qədər ucuzlaşıb – geyim və ayaqqabı qiymətləri orta hesabla 1,4 faiz endirilib.