Gürcüstanın turizm administrasiyasının məlumatına görə, 2017-ci ilin yanvarında Gürcüstana 387 min beynəlxalq qonaq səfər edib. Onlardan ölkə ərazisində 24 saat və daha artıq zaman keçirən və müvafiq olaraq turist sayılanların sayı yanvarda 154 min nəfər olub ki, 2016-cı ilin yanvarı ilə müqayisədə bu göstərici 37714 nəfər və ya 32,4 faiz çoxdur.
Gürcüstana qonaqlar ən çox Azərbaycandan (15527), Türkiyədən (79042), Ermənistandan (77528), Rusiyadan (62075) və Ukraynadan (10232) gəlib. Avropa İttifaqı ölkələrindən Gürcüstana yanvarda gələnlərin sayına görə Latviya, Bolqarıstan və Almaniya liderlik edir.
2016-cı ildə Gürcüstana ümumilikdə 2 milyon 700 min nəfərdən çox turist gəlib. Bu da 2015-ci ilin analoji göstəricisindən 19 faiz çoxdur.