İnsanlar yanğından canını qurtarmağa, uşaqlarını xilas etməyə çalışırdı. Əllərinə keçəni götürüb həmin gecə yağangüclu yağışın altına qaçırdı. Birinci köməyə gələn qonşular oldu.
Yanğının ilkin səbəbi –elektrik qapanması göstərilir. Bu məhlədəki evlər hələ 19-cu əsrdə tikilib, əsasən köhnədirlər və taxtalar ilə örtülüblər. Digər tərəfdən evlərbir –birinə olduqca yaxındır və buna görə də yanğın asanlıqla digər evlərə yayılıb.
Şahidlər deyir ki, yanğınsöndürənlər vaxtında gəlib. Yanğının söndürürlməsində ən aktiv iştirak edən şəxslərdən biri də Timur Çxobrebov olub. Onun evi yanmasa da yanğın onun evinin damına keçib.
Yanğın yəhudi məhəlləsində olub. Lakin, Timur Çxovrebov deyir ki, bu erməni məhəlləsidir.
Səhər saatlarında prezident yanğından zərər çəkənləri ziyarət edib. O paytaxtın merinə zərər çəkmiş əhalinin müvəqqəti evlərlə təmin olunması üçün bütün lazımı tədbirləri görməyi tapşırıb.
Güman ki, onlar Çxinvalinin yeni mikrorayonlarından birində evlərlə təmin olunacaqlar.
Səhər saatlarında prezeident yanğından zərər çəkənlərlə görüşüb. O şəhər merinə sakinlərin yaşayış yeri ilə təmin olunması barədə göstəriş verib. Əvvəlcə onlara Çxinalinin yeni mikrorayonlarından birində mənzil vermək nəzərdə tutulsa da, həmin ərazidə boş mənzillərin olmaması səbəbindən bu plan baş tutmadı.
Sonda yanğında evlərini itirən sakinləri kirayə evlərdə yerləşdirdilər. Və onlar evlə təmin olunana qədər hökümət kirayə xərclərini qarşılayacaq. Yanğın zamanı evləri tamamiylə yanan üç ailə və evinin damı ziyan görən sakinlər dəyən ziyanın miqdarından aslı olaraq hökümətdən birdəfəlik yardım alacaqlar.