Xarici xakerlər Ermənistan bankından 280 min dollar oğurlayıb
Paylaşmaq
Paylaşmaq
Ermənistan Milli Təhlükəsizlik Xidməti xəbər verir ki, xarici vətəndaşlardan ibarət olan qrup üzvləri Ermənistanın dövlət qurumlarından birinin adından yerli kommersiya bankının əməkdaşlarının elektron ünvanına içində virus proqramı olan məktublar göndəriblər. Virus bankomatların işini tənzimləyən serverə keçib və normal iş rejimini pozub. Bu nasazlıq cinayətkarlara 133 milyon dram (təxminən 280 min dollar) vəsaiti qanunsuz olaraq ələ keçirməyə imkan verib.
MTX-nin məlumatına görə, bu cinayəti törədən üç xarici vətəndaşın şəxsiyyəti artıq müəyyən edilib.
Onlara qarşı kompüter məlumatlarını qanunsuz yolla əldə etmə, tamah məqsədilə ziyanlı proqramların hazırlanması, istifadəsi və yayılması, kompüter texnikasından istifadə edərək külli miqdarda vəsaitin oğurlanması və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları irəli sürülüb. Onların haqqında beynəlxalq axtarış elan edilib.