Bu konsertin qeyri-adiliyi nədə idi? Birincisi, faktın özü: Bakının mərkəzində rok konsert. Biz tərəflərdə bu, nadir hadisədir. İkincisi, tamaşaçıların yekdil heyranlığı. Üçüncüsü, konsert gözlənilmədən başlandı, tamaşaçıların tən yarısı təsadüfən konsertin üstünə gəlib çıxdı. Və nəhayət, mətbuat tərəfindən heç bir marağın göstərilməməsi. Xəbər portalları düz “Makdoladsın arxasında – demək olar ki, şəhərin göbəyində sevinclə atlanıb-düşən gənclərin qələbəliyini tam iqnor etdi. Bu hadisə sanki xəyal idi – səhərisi gün heç kim bu haqda bir kəlmə belə yazmadı.
Halbuki “Radio&Video qrupunun üzvləri heç də qeydə çəkilməyibdilər və hətta bazar günü qayıtmağa söz veriblər. KİV-in susqunluğu onları azacıq da olsa narahat etmir. Qrupun gitaraçısı Zakir Qasımov deyir ki, onlar məhz çıxışları ilə həm publikanı, həm də mətbuatı cəlb etmək istəyirlər. Onun sözlərinə görə, çıxışlarının məqsədi şəhərin həyatına rəngarəglik qatmaqdır. Publikanın reaksiyası göstərdi ki, şəhər də bunu istəyir. Siqaret tüstüsü ilə dolu zirzəmilərdə keçirilən konsertlərə alışan, indi isə rahat nəfəs almaq və hərəkət etmək imkanı əldə edən gənc rok sevərlər buna çox sevinirdilər.
Bazar günlərində keçirilən open-air konsertlərini Mədəniyyət və Turizm Nazirliyi təşkil edib. Bakı rok qrupları arasında niyə məhz “Radio&Videoya müraciət olunduğu məlum deyil, amma deyəsən, bu, doğru seçim idi.