Xəstələnməsəz yaxşıdır
Buna da ambulatoriya deyirlər
Tandzut kəndində 60-cı illərdə tikilən binada icmanın 1900 sakini tibbi xidmətdən yararlanır. Yarı dağılmış bina kəndin qırağında yerləşir və bu binaya baxanda onun tibb müəssisi olduğuna güclə inanırsan. Binanın təyinatından xəbər verən lövhəcik yoxdur, dağılmış divarlar və sınıq pəncərələr də öz sözünü deyir.
2006-cı ildə binanın qəzalı vəziyyətdə olduğu bildirilib. Ambulatoriyanın direktoru Anait Beqlaryan bu məsələ ilə bağlı dəfələrlə yerli və vilayət orqanlarına müraciət etsə də, heç bir addım atılmayıb. Beş il əvvəl Dünya Bankının əməkdaşları binaya baxış keçirib əmin olublar ki, bina qəzalı vəziyyətdədir və yenisini tikməyi məsləhət görüblər.
Ambulatoriya direktoru elə də aydınlaşdıra bilməyib ki, Dünya bankının məsləhəti kimə ünvanlanıb. İki il əvvəl o bir daha ambulatoriyanın tikintisi ilə bağlı Armavir qubernatoru Aşot Kaqramanyana müraciət edib. Qubernator da məsələni “proqrama daxil edəcəyinə söz verib, ambulatoriya direktoru ümidini itirmir: artıq vaxt da təyin edilib.
Ambulatoriyanın tikintisinin hansı proqrama aid edildiyi indiyədək məlum deyil
Tandzut kənd administrasiyasının ambulatoriyanın tikintisi ilə bağlı heç bir məlumatı yoxdur. Bildikləri odur ki, icmanın büdcəsi hesabına tikmək mümkün deyil. Burada deyirlər ki, ambulatoriya heç bir “proqrama daxil edilməyib. Kənd rəhbəri dəfələrlə vilayət administrasiyasına müraciət etsə də, bir dəfə də olsun konkret cavab ala bilməyib.
Yeni ambulatoriya binasının tikintisi böyük vəsait tələb edir. Amma ambulatoriyanın maliyyələşdirilməsi o dərəcədə məhduddur ki, hətta xəstələrin qəbul otaqları belə isidilmir.
Qış aylarında işçi heyəti işini otaqlardan birində təşkil edir. Uşaq otaqlarını ancaq vaksinasiya günlərində isidirlər, əksər vaxtlarda da pediatr uşaqları öz evində müayinə edir. Deyir ki, həkimlər otaqlarında paltoda oturur, belə bir şəraitdə uşaqları soyundurmaq, müayinə etmək, ağciyərlərinə qulaq asmaq olmaz.
Binanın vəziyyətindən başqa, ambulatoriyada su problemi də var. Burda su kəməri yoxdur, gündəlik istifadə üçün suyu tibbi heyət qonşuluqdakı özəl evlərdən daşıyır.
Bir gün pilləkən dağılacaq, xəstələr də xəsarət alacaq
Müxtəlif icmaların ambulatoriyaları eyni vəziyyətdədir, binaları eyni dərəcədə dağılıb, problemlərinin sayına görə də bir-birindən geri qalmırlar.
Anait Ter-Arutunyan 23 ildir ki, Armavir kəndinin Sağlamlıq Mərkəzinin direktoru işləyir. Deyir ki, bu illər ərzində tibbi müəssisənin problemlərinin sayı ancaq artıb.
Kənd icmalarının ambulatoriyalarında xəstələrin ilkin müayinəsi, diaqnostikası və ilkin müalicəsi həyata keçirilir. Pasientdə ciddi xəstəlik aşkar olunduğu halda həkim ixtisaslaşdırılmış müəssisəyə təyinat verir.
Əksər vaxtlarda xəstələr təyinat alırlar, çünki kənd ambulatoriyalarının çoxunda pasientlərin müalicəsi üçün elementar şərait belə yoxdur. Misal üçün, Anait Ter-Arutunyan deyir ki, hansısa tibbi manipulyasiyaların aparılması zamanı xəstənin vəziyyətini nəzarət altında saxlamağa ehtiyac yarananda tibbi heyət çıxılmaz vəziyyətə düşür, çünki bunun üçün nəzərdə tutulmuş palatalarda normal çarpayılar belə yoxdur.
Həkimi ən çox laboratoriyanın acınacaqlı vəziyyəti narahat edir. Deyir ki, orada heç əl-üz yumaq imkanı yoxdur: suyu qablarda yığmalı və köhnə metodlara əl atmalı olurlar.
Armavir icmasının Sağlamlıq Mərkəzi tək Armavirdə deyil, həm də Aykanava kəndinin sakinlərinə xidmət edir, cəmi 3950 nəfər. Armavir rayonunun ambulatoriyalarının 50%-dən çoxu eyni cür işləyir. Bəzən bir ambulatoriya üç kəndin sakinlərinə xidmət edir.
Anait Ter-Arutunyan mərkəzin binasının bərpası məsələsi ilə bağlı səlahiyyətli orqanlara dəfələrlə müraciət etsə də, ümidverici bir cavab ala bilməyib.
Hələ 2013-cü ildə Səhiyyə Nazirliyinin Proqramların Realizəsi Mərkəzindən binanın həm içəridən, həm də çöldən vəziyyətini qiymətləndirməyə imkan verən foto-şəkillərin göndərilməsini istəyiblər. Şəkillər göndərilsə də, cavab yenə gəlməyib.
Dərc olunub: 29.11.2016