'WanaCrypt0r 2.0' virusu nədir və niyə bütün dünyada yüz minlərlə kompüterə hücum edir?
Paylaşmaq
Paylaşmaq
Bütün dünya üzrə kompüter şirkətlərinə, dövlət müəssisələri və ayrı-ayrı şəxslərə qarşı qlobal haker hücumu həyata keçirilib – təxminən 50 min hal. Bundan artıq ən azı 99 ölkə, o cümlədən Britaniya, Rusiya, İspaniya, Ukrayna və Tayvan zərər çəkib, Britaniyanın Guardian qəzeti yazır.
Bu zaman The Wall Street Journal narahatdır ki, əsas problemlər hələ irəlidədir. Qəzet yazır ki, virusun yenilənmiş versiyası bu gün, mayın 15-də, iş həftəsinin başlamasıyla genişmiqyaslı hücuma başlaya bilər.
Virus necə işləyir?
İndiyə qədər məlum olmayan bu virus istifadəçinin kompüterinə düşəndən sonra bütün fayllara girişi bağlayır, sonra da faylı geri almaq üçün ödəniş tələb edir. Ödənişin valyutası virtual bitkoinlərdir, onların tranzaksiyasını da izləmək demək olar ki, mümkün deyil.
Cinayətkarların qurbanları kütləvi şəkildə Britaniya səhiyyə sisteminin, Rusiya Daxili İşlər Nazirliyinin idarələri, mobil əlaqə operatorları olub.
Virus necə yayılır?
Adətən virus elektron ünvanına gələn adi mətn fayllarına və ya PDF fayllarına qoyulur və tam xəbərsiz istifadəçi faylı açır. Amma artıq çox sayda elə hal var ki, kompüterə əvvəlcə başqa virus düşür və o da artıq ‘WanaCrypt0r 2.0 virusuna yol açır.
Ödəniş kimi hansı məbləğ tələb olunur?
WanaCrypt0r 2.0 adətən bitkoinlər ekvivalentində $300 ödəməyi tələb edir. Məbləğ ödənilən kimi fayla giriş dərhal açılır. Amma bu da hər dəfə işləmir – “hakerlər reputasiyası təmiz hesab oluna biləcək adamlar deyillər”, – Guardian yazır.
Virusdan necəsə qorunmaq mümkündür?
Bəli. Hakerlər Microsoft şirkətinin əməliyyat sisteminin zəifliyindən istifadə ediblər, şirkət artıq virusdan əlavə qorunmanı buraxıb. Bu proqram WannaCry adlanır.
Amma indiyə qədər dünyada cəmi bir neçə təşkilat bu proqramı alıb. Mütəxəssislər deyir ki, bəzən bu, onu almaq üçün vəsaitin kifayət etməməsi, əksər vaxtlarda isə menecerlərin “məşhur ləngliyi” ilə bağlıdır, Guardian yazır.