Vladiqafqazda “Qaranın əlli çaları” filminin nümayişi dayandırılıb
Paylaşmaq
Paylaşmaq
Vladiqafqazda “Qaranın əlli çaları” erotik melodramının nümayişi dayandırılıb. Vladiqafqazdakı “Stoliçnıy” kinoteatrının müdiriyyəti bildirib ki, ictimaiyyətin etirazları və “rəsmi məktublar” səbəbilə filmi ekrandan çıxarmaq məcburiyyətində qalıb.
Kinoteatrın Instagram-dakı səhifəsinə yazılan şərhlərdə deyilir ki, filmin prokatının dayandırılması “osetin xalqının təfəkkürünə uyğun olmaması” və “çoxmillətli Osetiyanın mədəni dəyərlərinə zidd olması” ilə, həmçinin, istimai təşkilatlara “vətəndaşlardan gələn çoxsaylı məktublarla” bağlıdır.
Bundan əvvəl Vladiqafqazın digər iki kinoteatrı da – “Terek” və “Dostluq” prokatdan imtina etməli olub, – Kavkaz.Realii xəbər verir.
Vladiqafqazda filmin nümayişi cəmi dörd gün davam edib. “Stoliçnıy” kinoteatrından verilən məlumata görə, bu müddət ərzində filmi 2 min nəfərə yaxın insan seyr edib.
Xatırladaq ki, bu seriyadan ilk filmin – “Bozun əlli çaları”nın da Şimali Osetiyada nümayişi 2015-ci ildə müxtəlif gənclər və ictimai təşkilatların müraciəti əsasında dayandırılmışdı.