Rusiya prezidenti Vladimir Putin 2018-ci il oktyabr ayının 18-də Soçidə “Valday forumu” çərçivəsində iclasda çıxışı zamanı bir neçə səs-küylü bəyanat verib.
Gürcüstanda bioloji silah hazırlanması haqqında
«Əgər aparılırsa, belə araşdırmalar çox təhlükəlidir. Bu narahatlıq doğurur. Etnik qrupundan asılı olaraq insanlara seçkin təsir göstərmək qabiliyyətinə malik preparatlar hazırlanır. İkinci və üçüncü nəsildə elə dəyişikliklər baş verir ki, ilkin simalarını itirirlər. Əgər bu belədirsə, çox böyük təhlükədir».
«Kiyev Mixail Nikolayeviçin [Saakaşvilinin] siyasətini xatırladan anti-dövlət siyasəti yürüdür. Saakaşvilinin fəaliyyətinin nəticısi kimi Gürcüstan ərazisinin əhəmiyyətli hissəsini itirdi. Hazırkı Ukrayna hakimiyyətinin onun yolu ilə getməsi təəssüf doğurardı».
Nüvə müharibəsi və ölümdən sonrakı həyat haqqında
«Biz ümumiyyətlə heç nədən qorxmuruq. İşğalçı bilməlidir ki, qisas qaçılmazdır. Biz isə işğal qurbanlarıyıq. Əzabkeşlər kimi cənnətə düşəcəyik».
Sosial şəbəkələrin rusdilli seqmentində Rusiya prezidentinin çıxışı ilə bağlı zarafatlar dərc edilir. Bir neçə xarakterik şərh:
«Ona yaxında kim var – pasiyentin Rusiya televiziyasını söndürün».
«Putin hələ o dünyada – pensiya islahatına qədərki dövrdə yaşayır, buna görə də, özünü belə rahat və sərbəst aparır».
«Putin söz verdi ki, nüvə zərbəsini birinci endirməyəcək».
«Burada sosial şəbəkələrdə hamı Vladimir Vladimiroviçin cənnət haqqında təsəvvürlərini müzakirə edir. Amma dünən Misirə “iqtisadiyyatın inkişafı” üçün 25 milyard dollar yollaması heç kimi maraqlandırmadı. İndi soruşan lazımdır, burda anormal kimdir?»
Valday forumu nədir
Valday forumu (“Valday” diskussiya klubu) 2004-cü ildə yaradılıb. Bu, xarici və rusiyalı politoloqların görüşü üçün meydança kimi düşünülmüşdü. Lakin onun iclaslarına yalnız Rusiya hakimiyyətinə tam loyallıq nümayiş etdirənlər dəvət edilir.
Ənənəvi olaraq bu tədbirdə əsas spiker Rusiya prezidenti Vladimir Putindir.