Mayın 1-də polis əməkdaşları Vladiqafqaz məktəblərinin birində doqquzuncu sinifdə oxuyan şagirdlərdən birinin evinə gəlib. Gəlişlərinin səbəbi yeniyetmənin sosial şəbəkədə yazdığı şəhrlə bağlı olub. İyunun 12-də (Rusiya günündə) öz şəhərində korrupsiyaya qarşı etiraz nümayişini təşkil etməklə bağlı statusun altında o yazdı: “Yaxşı mövzudur. Getmək lazımdır”.
Polis əməkdaşları (ekstremizmlə mübarizə şöbəsi) onlara məktəblinin telefonunu verməyi, şəhri silməyi və təkzib yazmağı tələb etdilər. Yeniyetmə bu tələbləri yerinə yetirməkdən imtina edib, həmin tələblərin prinsiplərinə zidd olduğunu bildirib.
Bundan sonra da onu anası ilə birlikdə polis şöbəsinə gətiriblər, burada da ona xəbərdarlıq ediblər ki, indi o, xüsusi xidmət orqanlarının nəzarəti altındadır.
12 iyun mitinqlərinin təşkilatçısı, müxalifətçi siyasətçi Aleksey Navalnı bununla bağlı öz bloqunda yazıb: “Silməyəcəm, bu, mənim prinsiplərimə qarşıdır” –deyən məktəbliylə qürur duyuram”.