Video: Rusiyada Putinə pərəstiş haqda ən yaxşı şeir müsabiqəsi
Paylaşmaq
Paylaşmaq
Çeçenistan rəhbəri Ramzan Kadırov 2017-ci ilin noyabrında Rusiya prezidenti Vladimir Putin haqqında ən yaxşı şeir müsabiqəsi elan edib – iştirak etmək üçün müraciətlərin sayı həddən artıq çox olub.
“Üç min nəfər öz şeirini göndərib, onlardan min yüz qırx beşi video-rolik şəklində olub. Şeirlər çox maraqlı və məzmunlu idi. Amma nəticədə biri seçilib. Müsabiqənin qalibi Nadtereçnı rayonunun Beno-Yurt kəndindən üçüncü sinif şagirdi olub”, – Çeçenistan Gənclər Nazirliyinin nümayəndəsi “Kavkazskiy uzel” internet portalınabildirib.
Amma müsabiqə eyni zamanda sosial şəbəkələrdə çoxlu tənqidə də səbəb olub, şərh yazanlardan biri isə müsabiqəni “Putiniada” adlandırıb.