Vardavar ən sevimli yay bayramıdır. Bu, erməni apostol kilsəsinin əsas bayramlarından biri, İsa peyğəmbərin mövlud günüdür. Bu bayram Pasxa qurtarandan 98 gün sonra qeyd edilir. Onun kökləri isə xristianlıqdan əvvəlki dövrlərə gedib çıxır.
Rəvayətə görə, Ermənistanın birinci katolikosu müqəddəs Maarifçi Qriqori Mövlud bayramını Navasard ayının birinci gününə (avqustun 11-nə) təyin edib. Həmin gün bütpərəstlik bayramı qeyd olunurdu, onun elementləri də İsa peyğəmbərin miladı bayramının qeyd edilməsi qaydalarında da qalıb.
Belə hesab olunur ki, Vardavar günündə insanların bir-birini islatdıqları su müalicəvidir, uğur və əmin-amanlıq gətirir. Buna görə də isladılan adam inciməməlidir. Hələ o təbrikə görə təşəkkür də etməlidir. Təbrik edəni cavab olaraq islatmaq isə daha çox yerinə düşər!