“Kavkazski uzelin məlumatına görə, 10 yaşlı Mariam Mamadaşvili “Mzeo (“Günəş) kompozisiyası ilə Maltada keçirilən uşaq “Eorovision müsabiqəsinin qalibi olub. İkinci yeri Ermənistandan olan duet tutub.
Gürcüstan təmsilçisi 239 xal toplayıb.
“Tarber (“Fərqli) mahnısını ifa edən erməni dueti Meri Vardanyan və Anait Adamyan 232 xalla ikinci yerdədir.
Üçüncü yeri 209 xal yığan italyan müğənnisi Fiamma Boçça tutub. Rusiyanı mahnı müsabiqəsinin finalında təmsil edən “Живая вода (“Canlı su) layihəsi dördüncü yerdədir.
Uşaq “Eurovision-2016nın qalibi müsabiqədə ifa etdiyi mahnını tanınmış gürcü bəstəkar Georgi Kuxianidze ilə birlikdə yazıb. O, oktyabrın əvvəlində Gürcüstanın İctimai Televiziyasının müsabiqəsində qalib olmuşdu, burada uşaq “Eurovision yarışmasına ölkə təmsilçisi seçilirdi.
Mariam Mamadaşvili “Bzikebo studio Tbilisi Musiqi Studiyasının və Yevgeni Mikeladze adına musiqi məktəbinin fortepiano sinfi üzrə tələbəsidir. 2015-ci ildən qız ABŞ-da “Broadway Method Academy musiqi məktəbində vokal, rəqs və aktyorluq sənətini öyrənir.
Hər il keçirilən sayca 14-cü uşaq mahnı müsabiqəsində ümumilikdə 17 ölkənin 9 yaşdan 14 yaşa qədər nümayəndəsi iştirak edib, müsabiqənin saytında bildirilir.
Gürcüstan üçüncü dəfədir ki, uşaq “Eurovision müsabiqəsinin qalibi olur. 2008-ci ildə “Bikebi (“Arılar) qrupu Gürcüstanı Kiprdə keçirilən uşaq mahnı yarışmasında qalib etmişdi, 2011-ci ildə isə “Kendi musiqi kollektivi “Kendi Müzik mahnısı ilə Ermənistanda birincilik qazanmışdı. 2010-cu ildə isə qalib “Ana mahnısı ilə Ermənistan təmsilçisi Vladimir Arzumanyan olmuşdu.