Ukraynaya məxsus sərnişin təyyarəsi İranda qəzaya uğrayıb, içindəki 176 nəfərin hamısı həlak olub
Paylaşmaq
Paylaşmaq
“Ukrayna Beynəlxalq Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsi yanvarın 8-də səhərin erkən saatlarında İran ərazisində qəzaya uğrayıb. İlkin məlumata əsasən, Boinq-737 təyyarəsinin göyərtəsində 176 nəfər olub və onların hamısı həlak olub.
Verilən məlumata görə, təyyarə Kiyevə yola düşmək üçün Tehran aeroportundan havaya qalxandan dərhal sonra yerə düşüb.
Hələlik baş verən hadisənin Trampın əmri ilə İranın nüfuzlu generalı Qasım Süleymaninin məhv edilməsindən sonra İran və ABŞ münasibətlərinin kəskin pisləşməsi ilə əlaqəli olub-olmadığı da bəlli deyil, “Reuters” agentliyinin verdiyi xəbərə görə.
∗Xəbər yenilənir. Zaman etibarilə son məlumatları almaq üçün səhifəni yeniləyin, zəhmət olmasa.