Ukraynanın nüvə istehsalında Şimali Koreyaya kömək etdiyi ehtimal olunur
Paylaşmaq
Paylaşmaq
Şimali Koreyada nüvə obyekti. Foto Reuters, 2008-ci il iyunun 27-də çəkilib
Şimali Koreya qitələrarası raketlərin buraxılmasında Ukrayna müəssisəsindən alınmış güclü mühərrik sayəsində uğur qazana bilərdi. New York Times Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun eksperti Maykl Ellemanın hesabatına istinadən bildirir ki, ekspertlər və xüsusi xidmət orqanlarının nümayəndələri bu iddianı irəli sürüb.
İki il ərzində Şimali Koreya raketləri uğursuzluğa düçar olur ki, bu da əsasən ABŞ-ın komplektləşdirici hissələrin təchizatçılarına qarşı sərt məhdudiyyət tətbiq etməsilə bağlıdır. Amma indi Şimali Koreya raketlərin konstruksiyasını dəyişib və təchizatçıları dəyişib. Məhz Ukraynadan gətirilən mühərrik Şimali Koreyaya raketin buraxılışında uğur qazanmasına kömək edib, Maykl Elleman bildirir.
Şimali Koreya lideri Kim Çen Inın yeni raketləri təftiş etdiyini əks etdirən fotoların analizi göstərir ki, raketlərin mühərrikləri keçmiş Sovet İttifaqının yalnız bir neçə müəssisəsində istehsal oluna bilər. Bu mühərriklərin gücü elədir ki, bir raketə on nüvə başlığı quraşdırmaq mümkündür.
Belə müəssisələrin çoxu Rusiyada yerləşir. Amma əsas şübhə hələlik Ukraynanın Dnepr şəhərində yerləşən CC-18 qitələrarası ballistik raketlərin istehsal olunduğu “Yujmaş” zavodunun üzərinə düşüb.
“Bu mühərriklərin Şimali Koreyaya Ukraynadan gətirildiyi ehtimalı var”, – Maykl Elleman TheNewYorkTimes-a bildirib. – “Ola bilər ki, bu qeyri-leqal baş verib, amma böyük narahatlıq doğurur”.
Ukrayna hakimiyyəti bu ehtimalları qəti şəkildə rədd edib.
“Ukrayna müəssisələri Şimali Koreyaya silah və hərbi texnika təchiz etməyib”, – Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Alıeksandr Turçinov bəyan edib. – “Ukrayna Şimali Koreya rejimini totalitar, təhlükəli və gözlənilməz hesab edir və bu ölkəyə qarşı bütün sanksiyaları dəstəkləyir”, – Ukraynanın Hromadske.uainformasiya portalı xəbər verir.