Ukraynanın Gürcüstandakı səfiri: Moskva Gürcüstanda işğalın unudulmadığı haqda siqnal alıb
“Moskva ona heç nəyin bağışlanmadığı, heç kimin işğalı unutmadığı haqda Gürcüstandan açıq siqnal alıb”, – fövqəladə və səlahiyyətli səfir İqor Dolqov “Interpressnews” agentliyinə müsahibəsində bildirib.
Dolqov Qavrilovun səfəri, korrupsiyaya qarşı mitinq və Saakaşvili haqda danışıb.
Xatırladaq ki, artıq bir aydan çoxdur ki, Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyalarında daxili işlər nazirinin istefası ilə yanaşı əsas tələblərindən biri “Rusiya işğalına yox!” şüarıdır.
Mitinqlər rusiyalı deputat, kommunist Sergey Qavrilovun Gürcüstan parlamentində çıxış edərkən spiker kürsüsünə əyləşməsindən sonra başlayıb. Qavrilov Gürcüstanın parlament binasında keçirilən pravoslav ölkələrin parlament assambleyasında iştirak edib.
Həmin gün parlament qarşısında genişmiqyaslı mitinq keçirilib və Gürcüstan hakimiyyətindən Gürcüstanın ərazi bütövlüyünü tanımayan rusiyalı deputatın spiker kürsüsündə neçə əyləşdiyini izah etməyi tələb ediblər.
İyunun 20-də Qavrilovun parlamentin iclas zalında çıxışı zamanı Ukrayna səfiri də olub və etiraz əlaməti olaraq zalı tərk edib.
•Tbilisidə etirazların başlamasına səbəb olan rusiyalı pravoslav kommunist kimdir?
•Gürcüstan Rusiya sanksiyalarına məruz qalarsa nə itirəcək? Konkret rəqəmlər
Dplqov deyib ki, onun üçün “Krımın ilhaqına səs verən, Putinə Ukrayna ərazisinə qoşun yeritmək hüququnun verilməsinə səs verən, Abxaziya və “Cənubi Osetiyanın” “müstəqilliyini” dəstəkləyən və tanıyan Dövlət Dumasını təmsil edən” Rusiya deputatını dinləmək onun üçün qəbuledilməzdir.
Dolqov bildirib ki, Qavrilova etiraz etmək üçün küçələrə çıxan insanları anlayır.
“Dövlət Dumasının nümayəndəsinin iyirmi faizi Rusiya Federasiyası tərəfindən işğal olunmuş Gürcüstana, ölkə paytaxtına gəlməsi faktı adi hal sayıla bilməzdi”.
Ukrayna səfirinin sözlərinə görə, növbəti gün və gecə baş verənlər “artıq Gürcüstanın müasir tarixidir”.
Moskva heç nəyin unudulmadığı, heç kimin işğalı yaddan çıxarmadığı və Gürcüstanın ölkə ərazilərinin işğal altında qalması faktını qəbul etməyə hazır olmadığı haqda açıq siqnal aldı. Eyni şey Ukraynaya da aiddir – səfir qeyd edib.
Müsahibəsində o həmçinin Mixail Saakaşvili haqda da danışıb.
Mixail Saakaşvili bu gün Ukraynadadır. Onun orada siyasi partiyası var və o, Ukraynada siyasi proseslərdə fəal iştirak edir. Saakaşvili hazırkı prezident Vladimir Zelenski özündən əvvəlki prezident Pyotr Poroşenkonun qərarını ləğv edəndən və Saakaşviliyə əlindən alının vətəndaşlığını geri qaytarandan sonra Ukraynaya qayıda bilib. Gürcüstanda Saakaşviliyə qarşı cinayət işi qaldırılıb.
Ukraynanın Gürcüstandakı səfiri deyib ki, Saakaşvili amili iki ölkənin – Gürcüstan və Ukraynanın münasibətlərinə təsir etməyəcək.
Səfir qeyd edib ki, Saakaşvili ayrıca bir vətəndaşdır:
“Ukrayna əhalisi 42 milyon nəfərdən ibarətdir, Saakaşvili onlardan sadəcə biridir. Gürcüstan ıhalisi 4 milyon nəfərdir və o, burada onlardan biri olub. Bir vətəndaşın rolunu şişirtmək nəyə lazımdır?” – Dolqov “Interpressnews” agentliyinə bildirib.