Ukraynadan sonra Rusiyanın növbəti hədəfi Mərkəzi Asiya və Cənubi Qafqazdır?
Paylaşmaq
Paylaşmaq
ABŞ-nin Atlantic Council analitik mərkəzi
ABŞ-nin Atlantic Council analitik mərkəzi bildirir ki, Ukraynada münaqişənin uğursuz tənzimlənməsi postsovet məkanında yeni müharibələrə səbəb ola bilər. Analitiklərin fikrincə, Cənubi Qafqaz və Mərkəzi Asiya təhlükə altındadır. Sənəddə qeyd olunur ki, bu regionlarda “destabilizasiyaya hazırlıq tam sürətlə aparılır”.
Analitiklər xatırladırlar ki:
Tez-tez “Putinin beyni” adlandırılan rusiyalı millətçi ideoloq Aleksandr Duqin ötən ay bəyan edib ki, heç bir postsovet dövləti suverenliyə malik olmamalıdır.
Bir neçə gün əvvəl Kremlin aparıcı təbliğatçısı Vladimir Solovyov Rusiyanı Mərkəzi Asiya və Qafqazda Ukraynaya müdaxiləyə bənzər “xüsusi hərbi əməliyyatlar” keçirməyə çağırıb.
Fevralın əvvəlində Azərbaycan təhlükəsizlik xidmətləri prezident administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin telefon danışıqlarının yazılarını yayıb. Həmin yazılarda onun Rusiya Federal Təhlükəsizlik Xidmətinin agentləri ilə dövlət çevrilişi planlarını koordinasiya etdiyi iddia olunur.
Ötən yay Ermənistanda hakimiyyət Rusiya-Ermənistan əsilli oliqarx Samvel Karapetyanı baş nazir Nikol Paşinyanın hökumətini devirmək məqsədilə “Qazprom” və “Rusiya Dəmir Yolları” ilə əməkdaşlıqda sui-qəsd hazırlamaqda ittiham edərək həbs edib.
Mərkəzi Asiyada isə mediaya sızdırılmış Rusiya hərbi kəşfiyyatına məxsus sənədlər Qazaxıstanı destabilizasiya etməyə yönəlmiş aktiv əməliyyat planlarını üzə çıxarır: elitanın ələ alınması, “rusofobiya” ittihamlarından alət kimi istifadə və təbliğatın saxta təşkilatlar vasitəsilə yayılması.