İyulun 21-də Ukrayna vətəndaşları yeni parlamenti seçiblər. Parlament seçkilərinə dair Milli exit-poll nəticələrinə əsasən, birinci yeri hazırkı prezident, keçmiş komik aktyor Vladimir Zelenskinin partiyası “Xalq qulluqçusu” tutub. Partiya 43,9 faiz səs qazanıb.
REUTERS/Valentyn Ogirenko
Rusiyayönlü “Müxalifət platforması – həyat naminə” 11,5 faiz səslə ikinci yeri tutub.
Keçmiş prezident Pyotr Poroşenkonun “Avropa həmrəyliyi” partiyası 8,9 faiz, keçmiş baş nazir Yuliya Timoşenkonun “Batkivşina” partiyası isə 7,6 faiz səs toplayıb.
Ali Radaya yeni partiya da daxil olacaq – tanınmış müsiqiçi Vyaçeslav Vakarçukun yaratdığı “Səs” partiyası seçkiləri 6,3 faiz səslə başa vurub.