İyunun 11-də Ukrayna vətəndaşları üçün vizasız rejim qüvvəyə mindi. Elə ilk gündəcə ondan 20 mindən çox adam istifadə etdi.
Bu hadisə ilə bağlı keçirilən təmtəraqlı mərasimdə Ukrayna prezidenti Poroşenko həmin günü tarixi hadisə – Ukraynanın Rusiya imperiyası ilə vidalaşması adlandırdı və rus ədəbiyyatının klassiki Mixail Lermontovun şerindən sitat gətirdi: “Прощай, немытая Россия, страна рабов, страна господ…” (“Əlvida, Rusiya, qullar və ağalar ölkəsi…”)
Eyni zamanda Ukrayna XİN-i rusiyalıları ölkə ərazisinə ancaq biometrik pasportla buraxmaq və viza rejimini, gələcəkdə isə miqrasiyaya nəzarət orqanlarında qeydiyyatdan keçməyi tətbiq etmək təklifi ilə çıxış etdi. Bundan əvvəl Rusiyanın rəsmi şəxsləri bildirdilər ki, Ukrayna viza rejimini tətbiq etdiyi halda Rusiyada yaşayan Ukrayna vətəndaşlarına qarşı analoji tədbir görüləcək. Xatırladaq ki, Rusiyada bir neçə milyon Ukrayna vətəndaşı işləyir.