B u qərar Rusiyada və Ukraynada fərqli şəkildə qarşılandı.
Ukraynada yeniliklərin tərəfdarları onların vacibliyini onunla izah edirlər ki, Rusiya Ukraynaya qarşı elan edilməmiş müharibə aparır və bu yaxınlarda qanunvericiliklə təcavüzkar ölkə kimi tanınıb.
Rusiyada Gazeta.ru onlayn nəşrində yer alan sitatı dövlətin nəzarəti altında olan kütləvi informasiya vasitələrinin səciyyəvi reaksiyası hesab etmək olar: “Dil prinsipi üzrə ayrı-seçkilik cəmiyyətdə total savadsızlıq və qarşıdurmanın kəskinləşməsinə gətirib çıxara bilər”.
Xatırladaq ki, məhz dil mənsubiyyəti üzrə sıxışdırma Rusiya tərəfindən Krımın ilhaqı və Donbasdakı separatçıların dəstəklənməsi üçün bəhanə oldu, halbuki bu əməliyyatlar başlayana qədər Ukraynada bu cür hallar qeydə alınmayıb.
Avropada yeni düzəlişlərdən narazılıqlarını Rumıniya və Macarıstan ifadə edib, onlar hesab ediblər ki, həmin düzəlişlər Ukraynada macar və rumın azlıqların hüquqlarını pozur.