Ukrayna prezidenti ölkəyə BMT sülhməramlılarının yeridilməsini təklif edir
Hromadske-nin materialları əsasında
Ukrayna prezidenti Petro Poroşenko ğlkəsinin Donbas vilayətindəki münaqişənin nizamlanması məsələsi ilə bağlı “Normand dördlüyü” ölkələrinin liderləri ilə – Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Anqela Merkel və Rusiya prezidenti Vladimir Putinlə telefonda danışıb.
Bundan başqa həmsöhbətlər ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının sədri Aleksandr Xutanın hesabatını dinləyiblər, dövlət başçısının mətbuat xidməti xəbər verir.
Hromadskenin məlumatına görə, ikisaatlıq danışıq zamanı Poroşenko Donbasa BMT sülhməramlı missiyasının daxil olmasının vacibliyini vurğulayıb. Hromadske-nin Prezident Administrasiyasındakı mənbələrinin bildirdiyinə görə, əgər Rusiya BMT Təhlükəsizlik Şurasında bu qərara veto qoysa, bu, “bütün dünyaya göstərəcək ki, bu ölkə təcavüzkar və münaqişə tərəfidir. Rusiya artıq MN17 üzrə tribunalı veto edərək bunu göstərib”. Bununla belə romadske-nin həmsöhbətləri Ukrayna tərəfinin ATƏT-in silahlı missiyasından imtina etmədiyini də dəqiqləşdiriblər.
Bundan başqa danışıqların iştirakçıları təhlükəsizlik üzrə qəti addımları razılaşdırmaq və Minsk razılaşmalarının implementasiyası olan tol xəritəsi üzərində işləri davam etdirməklə bağlı ortaq məxrəcə gəliblər. Bu məqsədlə avqustun ikinci yarısında “Normand formatına” daxil dövlət başçılarının xarici siyasət üzrə müşavirlərinin görüşü baş tutmalıdır.
Fransa və Almaniya liderləri “Malorossiya”nın yaradılmasının yolverilməz olduğunu bəyan ediblər. Bu, tanınmamış “DXR” rəhbəri Aleksandr Zaxarçenkonun bəyanatına cavab olub.
Ukrayna növbəti dəfə bütün girovların, o cümlədən də Rusiya ərazisində qanunsuz olaraq saxlanılan şəxslərin dərhal azad edilməsi, atəşin tam dayandırılması, ağır silahların çıxarılması və ATƏT-in Xüsusi Monitorinq Missiyasının vəziyyəti fasiləsiz monitorinq edəcək qüvvələrinin yerləşdirilməsində israr edib.
ATƏT-in Donbasdakı Missiya rəhbərinin müavini Aleksandr Huq Hromadske-yə bildirib ki, “Normand dördlüyünə” daxil olan ölkə liderlərinə təqdim olunan hesabatda Donbasda tərəflərin hüdud xəttində vəziyyətin pisləşməsi və müşahidəçilərin işinə maneələrin yaradılması haqda danışılır ki, qeydə alınan bu halların əksər hissəsi də tanınmamış “LXR” və “DXR” silahlıları tərəfindən törədilir.
“Birbaşa dialoq konkret əməli tədbirlər üçündür. Ukrayna böhranının nizamlanması üzrə Berlin, Paris, Moskva və Kiyevin birgə işinin təsdiqi üçün”, – Fransa prezidenti “Normand dördlüyü” dövlətləri başçılarının telefon danışığından sonra yazıb.
7-8 iyulda Almaniyanın Hamburq şəhərində Böyük İyirmiliyin sammiti baş tutub. Görüşlər zamanı Merkel, Putin və Makron Minsk razılaşmalarına əməl olunmasına davam etmək haqda ortaq məxrəcə gəliblər. Almaniya kansleri Anqela Merkel, Fransanın yeni seçilən prezidenti Emmanuil Makron və Rusiya prezidenti Vladimir Putin Hamburqda G20 sammiti müstəvisində Normand formatında növbəti telefon danışığının həyata keçirilməsi ilə bağlı razılığa gəliblər.