Qarabağda atəşkəs: üçüncü humanitar həmçinin pozulub?
Azərbaycan və Ermənistan ABŞ-ın vasitəçilyi ilə oktyabrın 26-ı yerli vaxtla səhər saat 8-dən Qarabağda hərni əməliyyatlar zonasında müvəqqəti humanitar atəşkəsin başlaması haqda razılığa gəlib. Lakin atəşkəsin ilk dəqiqələrindəcə onun pozuılması haqda xəbərlər gəlib.
Qarabağ prezidenti Araik Arutyunyan ABŞ-da atəşkəs haqda razılaşmanın əldə olunmasını alqışlayıb. Onun başlamasına bir neçə dəqiqə qalmış Ermənistanın baş naziri Nikol Paşinyan Facebook-dakı səhifəsində atəşkəs rejiminə ciddi əməl etmək niyyətində olduğu barədə xəbər verib. Azərbaycan Müdafiə Nazirliyi tərəfindən də analoji bəyanat verilib.
BMT-nin baş katibi Antonio Quterreş atəşkəs barədə razılaşmanı alqışlayıb.
Lakin təyin olunmuş saatın başlamasından, demək olar ki, dərhal sonra Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verib:
• Qarabağ münaqişəsinin xəritəsi: indi nə baş verir və indiyə qədər nələr olub?
• Qarabağ münaqişəsinin həllinə kim kömək edəcək – Vaşinqton, yoxsa Moskva?
• “Hər iki tərəfdən artıq beş min nəfərə yaxın həlak olub” – Putin Qarabağ müharibəsi haqda
“Oktyabrın 26-sı 08.05-də Ermənistanın hərbi qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq, Laçın rayonunun Safiyan kəndində yerləşmiş Azərbaycan ordusunun bölmələrini Laçın şəhəri istiqamətindən artilleriya atəşinə tutub”.
Bir neçə dəqiqə sonra Azərbaycanın Müdafiə Nazirliyi atəşkəs rejiminin pozulması haqda daha bir xəbərlə çıxışş edib: “Ermənistan hərbi qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq, oktyabrın 26-sı Tərtər rayonunu və rayon kəndlərini atəşə tutub”. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bu xəbəri öz Tvitter-ində təsdiqləyib.
Ermənistan tərəfi Azərbaycanın bu iddialarını təkzib edib:
“Müdafiə ordusunun bölmələri əldə olunmuş razılaşmalara ciddi riayət edir, düşmən tərəfin ittihamlarının nəinki reallıqla heç bir əlaqəsi yoxdur, həm də gələcək provokasiyalar üçün informasiya bazasının hazırlığı kontekstində edilib”, – Qarabağ Müdafiə Nazirliyinin xəbərində deyilir.
Tezliklə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi xəbər verib. Şuşan Stepanyan Facebook-dakı səhifəsində yazıb:
“Azərbaycan tərəfi ABŞ-da əldə olunmuş humanitar məqsədlərlə atəşkəs razılaşmasını kobud şəkildə pozaraq, təxminən 8:45-də Arsaxda şimal-şərq hərbi mövqelərini artilleriya atəşinə tutub”.
O bir neçə dəqiqə sonra oxşar məzmunlu ikinci xəbəri dərc edib:
“Növbəti pozulma təxminən 09.10-da qeydə alınıb. Düşmən cənub-şərq istiqamətində mövqeləri hədəf alaraq, ora 5 artilleriya mərmisi atıb”.