Üç həftə ərzində Azərbaycanda 30 məktəb direktoru dəyişdirilib
Paylaşmaq
Paylaşmaq
Yeni dərs ilinin başlandığı cəmi üç həftə ərzində Bakıda artıq 30 məktəb direktoru dəyişdirilib.
Bu məktəblərin direktorları ilə əmək müqaviləsi onların pensiya yaşına çatması və ya fəaliyyətlərində qanun pozuntusuna gətirib çıxarmış müəyyən çatışmazlıqlarla əlaqədar olaraq dayandırılıb, – Bakı şəhər Təhsil İdarəsinin rəhbəri Məhəbbət Vəliyeva bildirir.
“Bundan sonra da məktəb rəhbərlikləri məsələsi İdarənin diqqət mərkəzində qalacaq. Çünki böyük kollektivin fəaliyyəti direktor tərəfindən təhsil müəssisəsində sağlam mühitin yaradılmasından və onun səmərəli idarəçiliyindən asılıdır”, – Vəliyeva əlavə edib.
Azərbaycanda nazir dəyişəndən sonra təhsil sahəsində ciddi islahatlar aparılır. Daha ətraflı JAMnews-un materialından oxuya bilərsiz.