Türkiyə və Rusiya müharibə həddindədir: 33 Türkiyə hərbçisi Suriyada Rusiyanın hava hücumu nəticəsində həlak olub
Paylaşmaq
Paylaşmaq
Fevralın 27-də Türkiyənin ən azı 33 hərbçisi Suriyada Rusiya hava qüvvələrinin hüvumu nəticəsində həlak olub – Reuters xəbər verir.
Nəticələr bunlardan ibarətdir:
•Türkiyə parlamenti Suriyaya müharibə elan edilməsi məsələsini müzakirə edir.
•Prezident Ərdoğan Türkiyənin Suriya qaçqınlarının Avropaya axınının qarşısını almayacağı ilə təhdid edir. 2016-cı ildə əldə olunmuş razılığa müvafiq olaraq Avropa İttifaqı miqrantların Avropaya axınının qarşısını almağa razı olan Ankaraya yardım qismində bir neçə milyard avro ayırıb.
•NATO Türkiyənin tələbi ilə yüksək səviyyədə təcili iclas çağırıb.
Rusiyanın Müdafiə Nazirliyi bəyan edib ki, atəşdən ziyan çəkən Türkiyə qoşunları həmin rayonda olmalı deyilmiş və Ankara yerləşdikləri ərazi haqda Moskvanı əvvəlcədən xəbərdar etməyib.
Reuters-in verdiyi məlumata görə, Rusiyanın yüksək vəzifəli məmuru bəyan edib ki, “İdlibdə Türkiyənin istənilən tammiqyaslı hərbi əməliyyatı Ankara üçün pis qurtara bilər”.
Rusiya qanadlı raketlərlə yüklənmiş iki hərbi gəmisini Aralıq dənizinə yönləndirib.
ABŞ-da senator Qrem prezident Trampdan Suriyanın İdlib əyalətində Bəşər Əsədə müxlif olan qüvvələrə dayaq olaraq uçuş qadağası olan zonanın yaradıılmasını tələb edib.
•Əgər Türkiyə öz təhdidini həyata keçirsə və Suriyadan Avropaya qaçqın axınının qarşısını açsa, Avropa İttifaqı Rusiya ilə Türkiyə arasındakı münaqişəyə birbaşa müdaxilə etməli olacaq. Türkiyədə indi 3,7 milyon qaçqın var, daha 1 milyon qaçqın da Türkiyə-Suriya sərhədindədir.
•Türkiyə NATO üzvüdür və nizamnaməyə əsasən qurum Suriyaya müharibə elan edəcəyi təqdirdə onu dəstəkləməli olacaq. ABŞ Dövlət Departamenti bəyan edib ki, Türkiyə hərbçilərinə qarşı hücum xəbərindən narahat olublar və “NATO müttəfiqi kimi Türkiyəni” tam dəstəkləyirlər.
•Suriyada Bəşər Əsəd rejimini dəstəkləyən Rusiya tələyə düşüb.
“Əgər İdlibdə Türkiyə hərbçilərinin həlak olmasına Ərdoğan minlərlə Suriya qaçqınını Avropaya buraxmaqla cavab versə, Avropa Putini bunun günahkarı elan edəcək”, – Rusiyanın tanınmış politoloqu Arkadi Dubnov hesab edir.
Türkiyənin dəstəklədiyi Suriya üsyançıları İdlib əyalətindəki mövqelərində. February 27, 2020. REUTERS/Umit Bektas