Türkiyə Suriya ilə sərhəddə 290 km-lik divar hörüb
Paylaşmaq
Paylaşmaq
Türkiyə Suriya ilə sərhəddə inşa etdiyi divarın yarıdan çox hissəsini artıq bitirib. Divarın köməyilə Türkiyə öz sərhədini qorumaq niyyətindədir. Hazırda divarın 290 km-i artıq inşa edilib.
Sərhəd boyu divarın hündürlüyü üç metrdir və onun üstü tikanlı məftillə hörülüb.
Türkiyənin yaşayış inşaatının inkişafı İdarəsinin rəhbəri Ergün Turan Anadolu agentliyinə bildirib ki, Suriya ilə sərhəddə modul divarının ümumi uzunluğu 511 km təşkil edəcək, bu divar altı sərhədyanı əyalətdə inşa ediləcək.
Onun sözlərinə görə, divarın konstruksiyası təhlükəsizliklə bağlı vəziyyət yaxşılaşdığı təqdirdə onun demontaj olunmasını da nəzərdə tutur.