Ermənistan Müdafiə Nazirliyi: Trükiyə qırıcıları Yerevana yaxınlaşmayıb
Avqustun 2-dən etibarən Rusiya mediasında guya Ermənistann paytaxtına hava zərbəsi məsafəsinə yaxınlaşmış Türkiyənin F-16 qırıcıları haqqında məlumat yayılır.
Rusiyada yazırlar ki, Türkiyə “növbəti çox təhlükəli təxribat yaradıb”, Ermənistanın Müdafiə Nazirliyi bu məlumatı təkzib etməyə məcbur olub.
Erməni ekspertlər bu yanlış xəbəri şərh etmirlər, onların əvəzinə bunu sosial şəbəkə istifadəçiləri edir. Onlar mətndə tapdıqları qeyri-dəqiqliklər barədə yazır və bu cür “xəbər”in nəyə lazım olması haqqında mülahizələrini yürüdürlər.
● Ermənistan Rusiyanın Azərbaycanla münaqişəyə cəlb edilməsinə ümid bağlamır
Dezinformasiya haradandır
Dezinformasiyanın əsas mənbəyi avia.pro portalı olub. Onlayn nəşrin saytında deyilir:
«Türkiyənin ən azı iki hərbi təyyarəsi birbaşa kursla Yerevana istiqamətlənib və paytaxta Türkiyə HHQ-nin arsenalında olan aviasiya raketlərinin zərbə radiusu sayılan 56 kilometr qalmış geri qayıdıblar və çox güman ki, bununla Ermənistanın paytaxtına zərbə endirilməsini sınaqdan keçiriblər…
Lakin təxribatlar bununla bitməyib – Ermənistan sərhədinin yaxınlığında Azərbaycan HHQ-nin və Türkiyə HHQ-nin azı dörd helikopteri müşahidə olunub, onlar, Ermənistan sərhədinə, demək olar ki, bilavasitə yaxınlaşıblar, lakin hərbçilərin hər Türkiyə, həm də Azərbaycan helikopterlərinə atəş açacağını dərk edərək, sərhədi pozmayıblar».
avia.pro saytı öz versiyasını irəli sürür və “bu cür təxribatların nə ilə əlaqədar olduğunu” izah edir:
«Ankaranın səs-küylü bəyanatlarını nəzərə alaraq, mütəxəssislər güman edirlər ki, bununla Ermənistanı hücuma təhrik etmək istəyirlər və bu da öz növbəsində Türkiyəyə qanuni əsaslarla münaqişəyə daxil olmağa imkan yaradacaq, lakin Rusiya tərəfindən dəstəyi nəzərə alaraq, hələlik vəziyyətin kəskinləşməsinin qarşısını almaq mümkün olur».
Təkzib
Ermənistan Müdafiə Nazirliyi qısa təkziblə çıxış edib: Yerevana heç bir qırıcı təyyarə yaxınlaşmayıb.
Ermənistan Müdafiə nazirinin mətbuat katibi Şuşan Stepanyan özünün “Facebook” səhifəsində yazıb ki, bu “məlumat həqiqətə uyğun deyil”.
Sosial şəbəkələrdə nə yazırlar
Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti Rusiya mediasının xəbərini paylaşmasa da, qeyd ediblər ki, yanlış xəbər kifayət qədər həqiqətə bənzəyib. Bununla yanaşı, onlar mətndə suallar doğuran bəzi qeyri-dəqiqliklər aşkar ediblər.
Bəzi şərhləri diqqətinizə çatdırırıq:
«Maraqlıdır, Türkiyə qırıcı təyyarələri Yerevana hansı istiqamətdən 56 kilometr məsafəyə qədər yaxınlaşıblar. Belə ki, Yerasxdan Yerevana məsafə 65 kilometrdən çoxdur, burada 3 variantdan biri ola bilər: ya sərhədi keçiblər, ya Azərbaycan helikopterləri Türkiyədədir, ya da avia saytı izləyici toplayır».
«Ədalətli olsaq, Yerasxdan Yerevanın şəhərətrafı ərazisinə qədər məsafə 50 kilometrə yaxındır (qırıcılar avtomobil yolu ilə uçmur). Aydındır ki, tabloidin məqaləsi auditoriya cəlb etmək məqsədi güdür. Amma yenə də, bu, Türkiyənin Ermənistan barəsində təxribatçı davranışını ləğv etmir».
«Mən elə gəlir ki, bu yanlış xəbərdə əsas ifadə bidir: “Rusiyanın dəstəyini nəzərə alaraq, vəziyyətin kəskinləşməsinin qarşısını hələlik almaq mümkün olur”. Görünür, müəllif Rusiyanın regionda mövcudluğunu vurğulamaq zərurəti hiss edib».