Türkiyə hakimiyyəti Gülənlə əlaqədə şübhələnən 4,5 min məmuru işdən qovub
Paylaşmaq
Paylaşmaq
Türkiyə hakimiyyəti Gülənlə və keçən ilin yayında baş tutmayan dövlət çevrilişində əlaqədə şübhələnən 4,5 min məmuru işdən qovub.
Fövqəladə Hallar vəziyyətinin sərəncamına görə, işdən çıxarılan 4464 nəfərin 2500 nəfəri Təhsil Nazirliyinin, 900 nəfəri jandarmeriyanın, 400 nəfəri isə xüsusi xidmət orqanlarının, DİN-in və digər qurumların nümayəndələridir.
Bundan əvvəl dövlət çevrilişinə cəhdlə əlaqəli Türkiyədə 40 mindən çox adam həbs edilib, 100 mindən çox məmur isə öz işindən kənarlaşdırılıb. Onların hamısı Gülənlə əlaqədə şübhəli bilinirlər. Təmizləmənin qurbanları arasında çoxlu müəllim, polis, hakim və jurnalist də var.
FƏtulla Gülən – yazıçı, keçmiş imam, ruhanidir. Hazırda ABŞ-da yaşayır. Gülən dünyada öz məktəb və universitetlərinin böyük şəbəkəsini yaradıb. 2008-ci ildə Prospect vəForeignPolicy nəşrləri onu dünyanın ən nüfuzlu intellektualı adlandırmışdılar.
Gülən dini ekstremizmə və siyasi islama qarşıdır. O, ənənəvi türk islamını təbliğ edir və dinə sosial dəstəkçi kimi baxır. O, digər dini konfessiya və müxtəlif baxışlı insanlarla dialoqun tərəfdarıdır.
2014-cü ildə Türkiyə məhkəməsi Gülənin həbsi barədə order verib. O, hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda ittiham olunurdu.
2016-cı ilin martında Ərdoğan Güləni Türkiyənin cənubi-şərqində, kürdlər yaşayan ərazilərdə iğtişaşların təşkilində günahlandırırdı. Həmin ilin iyulunda isə hakimiyyət onu dövlət çevrilişinə cəhddə ittiham etdi.