Türkiyədə kürdlərin simpatizanı kimi tanınan müxalif Xalq Demokratik Partiyasından olan iki deputat həbs edilib.
Deputat Meral Danış Beştaş terror əleyhinə aparılan istintaq çərçivəsində Diyarbəkir Cənub-şərqi əyalətindəki evində həbs edilib. Anadolu agentliyinin verdiyi xəbərə görə, Beştaş “silahlı terror təşkilatının” üzvü olmaqda günahlandırılır.
Eyni ittihamla yanvarın 31-də həmin partiyanın digər deputatı, parlament fraksiyasının başçısı Ayhan Bilgen də saxlanılıb.
2016-cı ilin noyabrından etibarən Türkiyədə parlamentin 13 deputatı həbs edilib. Onlardan onuna, o cümlədən XDP-nın liderləri Səlahəttin Dəmirtaş və Figen Yüksekdağa qarşı terrorla bağlı ittihamlar irəli sürülüb.
Xalq Demokratik Partiyası Türkiyə Parlamentinin fraksiyaları arasına üzvlərinin sayına görə üçüncü yeri tutur. Parlament üzlərinin üzərindən deputatlıq toxunulmazlığını götürən qanun ötən ilin may ayında qəbul edilib.