Türkiyədə hərbi çevrilişin nəticələri
18 iyul
Türkiyədə çevriliş cəhdi nəticəsində həlak olanların sayı 290 nəfərə çatıb. Onlardan təxminən 100 nəfəri qiyam iştirakçıları olub. Türkiyədə iyulun 15-də baş verən uğursuz çevriliş cəhdindən sonra 6 minə yaxın adam həbs olunub.
Onların arasında təxminən 3000 hərbiçi və bir neçə yüz hakim var. Prezident Rəcəb Tayib Ərdoğanın baş hərbi müşaviri Albay Əli Yazıcı saxlanılıb.
Ankara qubernatoru iyulun 17-də bildirib ki, qiyamçılarla əlaqədə şübhəli bilinən 149 polis əməkdaşı işdən çıxarılıb.
Prezident Ərdoğan Türkiyəni qiyama səbəb olan “virusdan təmizləməyə söz verib.
16 iyul
Türkiyədə iyulun 15-dən 16-na keçən gecə edilən dövlət çevrilişi cəhdi nəticəsində 90 nəfər həlak olub, 1,154 nəfər yaralanıb. 1,374 hərbiçi, o cümlədən 29 polkovnik və 5 general həbs olunub.
Çevriliş vaxtı Marmarisdə olan Rəcəb Tayyib Ərdoğan İstanbula gələndən sonra Atatürk hava limanında müsahibə verərək bildirib ki, bu hadisə 40 illik zaman ərzində müxtəlif şəkillərə girərək bu günə gəlib çıxanların törətdiyi əməldir:
“Etdiklərinin cəzasını ən ağır şəkildə ödəyəcəklər… Hər işdə bir xeyir vardır misalından yola çıxaraq, bu hadisəni allahın lütfü hesab edirəm. Silahlı Qüvvələrin təmizlənməsinə vəsilə oldu bu hadisə.
İyulun 15-də yerli və beynəlxalq mediada Türk Silahlı Qüvvələrinin (Türk Silahlı Kuvvetleri – TSK) bir qrup zabitinin Türkiyədə hərbi çevrilişə cəhd göstərməsilə bağlı xəbər yayılıb.
Türk Silahlı Qüvvələrinin rəsmi saytında yayılan açıqlamada bildirilib ki, pozulmuş demokratiya, insan haqlarının təmin olunması, ölkədə hüquq sisteminin bərpası, pozulmuş qaydaların təkrar bərqərar edilməsi məqsədilə ölkədə idarəçilik TSK tərəfindən ələ keçirilib. TSK dünya ölkələriylə münasibətlərin normallaşdırılacağına ümid etdiyini də bəyan edib.
Əsas xəbərlər
15 iyul
23:10 Hərbi texnika Atatürk və Sabiha Gökçən hava limanlarında. Əli silahlı əsgərlər barrikada qurur.
02:39 Türkiyə Böyük Millət Məclisi bombalanır (Anadolu Agentliyi dövlət agentliyi),
22:26 Əsgərlər Bosforun üstündən keçən Boğazici körpüsünü bağlayıb, İstanbuldakı Atatürk hava limanında bütün reyslər təxirə salınıb (Sözcü, müxalif media)ю
22.30 TSK idarəçiliyi bütünlüklə ələ keçirib (NTV, hökumətyönlü kanal)
Bundan əlavə sosial şəbəkələrdə tankların şəhərdə hərəkət etməsi, partlayış və atışma səslərinin gəlməsi, polislə əsgərin üz-üzə qoyulması xəbərləri də yayıldı.
NTV-nin yaydığı digər xəbər isə Baş Qərargah Rəisi Hulusi Akarın girov götürülməyi olub.
Daha sonra kanalın verdiyi canlı yayımda keçmiş Baş Qərargah rəisi Necdət Özəl bildirib ki, yüksək rütbəli zabitlərin girov götürülməsi qəbulolunası vəziyyət deyil və onlar dərhal azadlığa buraxılmalıdırlar. Davam edən saatlarda Hulusi Akar azad edilib.
Yayılan xəbərin ardından Türkiyənin baş naziri Binəli İldırım (Binali Yıldırım) NTV kanalına verdiyi açıqlamada Türkiyədə hərbi çevrilişə cəhd olduğunu, amma bunun sadəcə çevriliş cəhdi olduğunu və bu cəhdin qarşısının, ümumiyyətlə, demokratiyanı qanunsuz şəkildə əngəlləməyə çalışan hər addımın qarşısının alınacağını bildirib. Baş nazir “Twitter hesabından onu da bildirib ki, bu hadisəni törədənlərə ən ağır cəza veriləcək.
Anadolu Xəbər Agentliyinin yaydığı məlumatda isə silahlı atışmalar zamanı yaralanan və ölənlərin olması idi. Gölbaşı agentliyi Xüsusi Təyinatlılara olan hücum zamanı 17 əsgərin öldürüldüyünü xəbər verib.
Dövlət rəsmiləri müxtəlif platformalardan bu fəaliyyəti pislədiklərini bildirirlər. Müxalifət liderləri isə hələ ki iqtidara dəstək verir (“Sözçü).
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın yaydığı video-müraciətində isə, xalqı küçələrə çıxaraq, qanuni hakimiyyəti dəstəkləməyə çağırıb (bu müraciət bütün kanallarda yayılıb).
Daha sonra səhər saatlarında (04:30) İstanbula gələn dövlət başçısı Atatürk havalimanında jurnalistlərə açıqlama verib.
İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif də “Twitter hesabında məsələ ilə bağlı Türkiyəyə öz dəstəyini ifadə edib.
Hazırda Türkiyənin böyük şəhərlərində əhali çevriliş cəhdinə etiraz olaraq küçələrə axışıb.
İyulun 16-sı səhər Türkiyə mediası bildirib ki, çevriliş cəhdi Türkiyə Hərbi Hava Qüvvələrinin bir qrup hərbiçiləri tərəfindən təşkil olunub. Onların bazası Ankaradan 35 kilometr şimalda, Kazan rayonu yaxınlığında yerləşirdi.
Gecə tanklarla Boğaziçi körpüsünü bağlayan hərbiçilər səhər hakimiyyətə sadiq qalan qüvvələrə təslim oldular.
___________________________________
15 iyul
Bu dəqiqələrdə İstanbul və Ankarada ordu iqtidarı devirməyə cəhd göstərir. Türkiyənin NTV kanalı canlı yayımda xəbər verir kİ, İstanbulda körpülər bağlanıb, küçələrdə tanklar görünür.
Baş nazir Binali Yiıdırım deyib ki, bu, dövlət çevrilişidir. Xarici işlər naziri Mahmud Çavuşoğlu deyir ki, demokratiyaya son ana qədər sahib çıxacağıq. NTV xəbər verir ki, İstanbulda silah səsləri eşidilir. Ancaq bunun atışma olub-olmadığı bəlli deyil.
Bir azdan prezident Recep Tayyub Erdoğan media qarşısında çıxış edəcək. NTV xəbər verir ki, hərbçilər TRT-nin mühasirəyə alıblar. Hazırda TRT kanalı ilə Türkiyə ordusunun informasiyası canlı yayılır.
Ordu rəhbəri Hulisi Akar bir qrup hərbçi tərəfindən əsir alınıb. Ankara polisi bütün əməkdaşlarını işə çağırıb. İstanbulun Vətən prospektində silah səsləri eşidilir.
CNN xəbər verir ki, Silahlı Qüvvələrin qərargahında silah səsləri duyulub. Havaya qalxan helikopterin də atəş açdığı bildirilir. NTV bildirir ki, Türk Silahlı qüvvələrinin qərargahından onların ünvanına elektron məktub gəlib və ordunun iqtidara əl qoyduğu bildirilib. Həmin məktub bütün mediaya göndərilib.
Məktubda deyilir ki, Türkiyədə asayişi yenidən təmin etmək üçün dövlətin idarəetməsinə hərbçilər əl qoyub.
Dərc ediilb: 16.07.2016