Türkiyədə Şimali Qafqazdan gələnlərin kütləvi həbsi
Foto: David Pipiya, JAMnews
Türkiyədə Şimali Qafqazdan olan insanları kütləvi şəkildə saxlamağa başlayıblar.
Diaspora nümayəndələrinin verdiyi məlumata görə, Türkiyənin bir neçə şəhərində son günlərdə Şimali Qafqazdan olan 21 nəfər, o cümlədən də qadınlar və uşaqlar saxlanılıb. Bu günə qədər ən son belə fakt oktyabrın 28-də İstanbulda baş verib. Saxlanılanlar arasında jurnalist, din xadimi, idmançı da var. Saxlanılanlar əsasən Qabardin-Balkar, Qaraçay-Çərkəz və İnquşetiyada doğuulanlaardır, – “Kavkazskiy uzel” xəbər verir.
Türkiyə güc strukturlarının Şimalı Qafqazdan olan bu şəxsləri və onların ailə üzvlərini terrorçu fəaliyyətdə və qadağan olunmuş terrorçu təşkilatların üzvləri ilə əlaqədə olmaqda şübhəli bilməsi onların saxlanılmaları üçün əsas olub.
Şimali Qafqaz diasporunun nümayəndələri emiqrantların təqibinə son qoyulması, saxlanılanların, ölkənin deportasiya mərkəzlərində olan şəxslərin azad edilməsi tələbi ilə Türkiyə hakimiyyətinə müraciət etmək üçün imza toplamağa başlayıblar.