Türkiyədə iki illik bloklanmadan sonra Vikipediyaya giriş bərpa olunub
Türkiyədə iki il yarımlıq bloklamadan sonra Vikipediyaya giriş bərpa olunub – New York Times xəbər verir.
Sayt 2017-ci il aprelin 27-də, Vikipediya Türkiyə hökumətinin təhqiramiz hesab etdiyi məqalələri silməkdən imtina etdikdən sonra bloklanmışdı.
Bəzi səhifələrdə Türkiyənin Suriyadakı terrorçular və silahlılarla əlaqələri haqda danışılırdı. Həmçinin Türkiyənin 2016-cı ildə baş tutmayan dövlət çevrilişi cəhdi haqda məqalələrə də iradı vardı. Türkiyə məşhur türk mənşəli amerikalı din xadimi və xeyriyyəçi Fətullah Güləni dövlət çevrilişi təşkilində ittiham edir və onun Türkiyəyə təhvil verilməsini tələb edir. Amma bir çox beynəlxalq ekspertlər hesab edirlər ki, Türkiyə hökumətinin bu bəyanatının tutarlı əsası yoxdur.
_____________________________________________________________________________________________
• Türkiyə Ərdoğanla Gülən arasında
_____________________________________________________________________________________________
Türkiyə Konstitusiya Məhkəməsi – bu məsələni araşdıra biləcək ən yüksək məhkəmə onlayn-ensiklopediya qoyulmuş qadağanın Türkiyə Konstitusiyası ilə təsbit edilmiş söz azadlığı hüququna zidd olduğunu sübut edəndən sonra Vikipediyanın xeyrinə qərar çıxarıb. Bu haqda jurnalistlərə Vikipediyanı idarə edən “Vikipediya Fondunun” hüquqi direktoru Stiven Laporte məlumat verib.