“Turistik ofşor”: ərəb turistlərə Azərbaycanda ova kim icazə verib?
Son günlərdə sosial əbəkələrin Azərbaycan seqmentində müzakirə olunan “bir nömrəli” mövzu ərəb turistlərin Qax rayonunun Acınohur düzündə ova çıxmasıdır. Turistlərin şahinlərlə göyərçinlərə əzab verməsini əks etdirən video-kadrlar heç kimi laqeyd buraxmayıb. Məsələ prezidentə açıq məktub yazmağa qədər gedib çıxıb.
Nə baş verib?
Hər şey martın 20-də səhər Eko-front layihəsindən eko-aktivistlər yerli sakinlərdən ərəb turistlərin Qax rayonunun Acınohur düzü ərazisində ova çıxdığı haqda məlumat aldıqdan sonra başlayıb. Eko-front rəhbəri Cavid Qara layihə üzvləri ilə birlikdə Bakıdan 400 kilometrlik məsafədə yerləşən həmin kənddə yollanıblar.
Acınohur düzü Qax dövlət qoruğu ərazisində yerləşir. Bu ərazidə fauna nümunələrinin ovlanması qəti qadağandır.
Kəndə gəldikləri zaman çobanlar aktivistlərə danışıblar ki, “turistlər prezidentin şəxsi qonaqları kimi təqdim olunublat və dronlar vasitəsilə öz şahinlərini məşq elətdirirlər”.
Tezliklə Cavid Qara turistləri müşayiət edən tərcüməçilərin köməyilə öyrənib ki, onlar fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qonaqlarıdır. Həmçinin məlum olub ki, əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gəlib, amma heç bir tədbir görmədən gediblər.
Dronlarla ov
Ərəblər qoruğa öz şahinlərini məşt elətdirmək üçün gəliblər. Bunun üçün onlar göyərçinləri dronlara bağlayır, sonra isə onları ovlasınlar deyə özləri ilə gətirdikləri şahinləri səmaya buraxırlar. Yerli sakinlər aktivistlərə danışıblar ki, turistlər buradakı azyaşlılara 20 manat [$11,76] verirlər ki, onlara göyərçin qovub gətirsinlər.
2021-ci il martın 14-də Azərbaycanın Daxili İşlər Nazirliyi ölkə vətəndaşlarına pilotsuz uçan aparatlardan (dronlardan) istifadə qaydalarını izah edib. Qeyd edilib ki, dronlardan istifadə etmək üçün beş dövlət qurumunun – Mülki Aviasiya Administrasiyası, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Sərhəd Xidməti və Dövlət Mühafizəsi Xüsusi Xidmətinin cazəsi olmalıdır.
DİN-in bu izahatı martın 14-də tanınmış bloqer Mehman Hüseynov Bakı ətrafında öz araşdırması üçün dron vasitəsilə çəkiliş apararkən saxlanıldıqdan sonra yayılıb. Bloqerin dronu müsadirə olunub.
Nazirliyin bəyanatı
Martın 21-də Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi qoruqda baş verənlərlə əlaqədar bəyanat yayıb.
“Aparılan monitorinq nəticəsində məlum olub ki, ərəb ölkələrindən olan turistlər Qax rayonunun Acınohur ərazisində torpaq sahəsinin sahibinin icazəsi ilə istirahət məqsədilə çadır qurublar, eyni zamanda öz şahinlərini məşq elətdiriblər.
Turistlər ev quşları olan göyərçilərlə qəddar davranışa görə cərimələniblər”, – qurumun məlumatında deyilir.
Bu bəyanat dərc olunandan sonra Eko-front rəhbəri Cavid Qara nazirlikdən bir neçə məqamla bağlı izahat tələb edib: karantin zamanı turistlər qoruq ərazisinə necə gəlib, onlar dronlardan istifadə etmək üçün kimdən icazə allıblar və niyə nazirlik əməkdaşları ev göyərçinlərini vəhşi göyərçinlərdən niyə ayıra bilmirlər?
Aktivistlər müəyyən ediblər ki, ərəb turistlərə aprelin 4-ə qədər ərazidə ovlanmağa qeyri-rəsmi icazə verilib. Rəsmi olaraq Azərbaycanda ov mövsümi fevralın sonunda bitib.
Prezidentə məktub
Eko-front layihəsinin rəhbəri Cavid Qara facebook səhifəsində prezident İlham Əliyevə açıq məktub yazıb:
“…Xahiş edirik, bu düşərgənin ləğv edilməsi və buna şərait yaradan vəzifəli şəxslərin qanunauyğun cəzalandırılması üçün göstəriş verəsiniz”, – məktubda deyilir.
“Cənab Prezident, son 18 ildə qurduğunuz hökümət effektiv fəaliyyət göstərə bilmir və bir təbiət gözətçisinin həll edə bilməli olduğu bir məsələ ilə bağlı sizə yazmalı oluruq”, – Qara prezidentə müraciətində qeyd edib.
Şərhlər
Ərəb turistlərin qoruqda ova çıxması faktı sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirə olunur. Bir neçə xarakterik şərh:
“Maraqlıdır ki, ərəb turistlər infrastrukturu daha çox inkişaf etmiş ölkələrə yox, Azərbaycana gəlməyi üstün tuturlar. Çünki Azərbaycan onlar üçün “turistik ofşorudur”. Burada hər şey eləmək olar. Təki pulun olsun. Əlaqələr isə özü səni tapacaq”.
“Azərbaycanda ov mövsümü sentyabrda başlayıb və fevralın 28-də bitib. Ərəblər belə bir şeyi qonşu Türkiyə, Gürcüstan, Rusiyada eləməyə heç vaxt cəsarət etməzdilər. Bu, ölkənin qanunlarına tüpürmək deməkdir”.
“Acınohurda əkin sahələri yaradaraq oliqarxlar dövlət səviyyəsində qorunan ceyranların həyatını təhlükəyə atırlar. Aktivistlərə bu işlərinə görə təşəkkür düşür, onlar olmasaydı, biz bu haqda heç vaxt bilməyəcəkdiki”.