“Turan” agentliyinə qarşı bütün vergi sanksiyaları ləğv edilib
Paylaşmaq
Paylaşmaq
Sentyabrın 16-da Azərbaycanın Vergilər Nazirliyi ölkənin ilk müstəqil informasiya agentliyi “Turan”a qarşı 2014-2016-cı illər üzrə 37 min manat (22 min dollara yaxın) məbləğində vergi sanksiyasını ləğv edib.
Vergilər Nazirliyinin departamentinin rəsmi məktubunda deyilir ki, bu qərar yoxlamanın nəticələrinə görə qəbul edilib.
Avqustun 7-də Vergilər azirliyi “Turan”a qarşı vergidən yayınma ittihamı ilə cinayət işi açdı, avqustun 15-də isə agentliyin ofisində axtarış aparılıb, maliyyə sənədləri, elektron informasiya daşıyıcıları və jurnalistlərin şəxsi əşyaları götürüldü.
2017-ci il avqustun 24-də “Turan” agentliyinin direktoru Mehman Əliyev üç maddə ilə ittiham olundu: qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə. Məhkəmə jurnalistin üç ay ilkin istintaq müddətinə həbs edilməsi haqda qərar çıxardı.
Sentyabrın 1-dən agentlik demək olar ki, fəaliyyəti tam dayandırdı. Saytda yalnız ən vacib xəbərlər yerləşdirilirdi.
Bir çox ictimai xadimlər və insan haqları təşkilatları həm Azərbaycanda, həm də xaricdə “Turan” agentliyinin və direktorunun müdafiəsinə qalxdı.
Sentyabrın 11-də prezident İlham Əliyev Mehman Əliyev haqda həbs qətimkan tədbirinin dəyişdirilib, onun ölkədən çıxmamaq iltizamə ilə azadlığa buraxılması məsələsinə baxılması haqda tapşırıq verdi. Elə həmin gün Yasamal rayon məhkəməsinin qərarı ilə Mehman Əliyev haqda həbs qətimkan tədbir dəyişdirildi və o, azadlığa buraxıldı.
Amma jurnalistin vəkilləri və onun həmkarları tam bəraət tələb ediblər. Vergi sanksiyalarının ləğv edilməsini də çoxları bu istiqamətdə vacib addım hesab edir.
“Turan” agentliyinin əməkdaşları bu xəbəri sevinclə qarşılayıb və bildiriblər ki, agentlik əvvəlki rejimdə fəaliyyətini bərpa edəcək.