Tramp, Şimali Koreya və “dəlinin nəzəriyyəsi” kimi tanınan menecment üsulu
Paylaşmaq
Paylaşmaq
ABŞ prezidenti Donald Tramp bir çox müttəfiqlərini heyran edən bəyanatla çıxış edib (New York Times):
“Şimali Koreya ABŞ-a təhdid etsə, cavabımız atəş və qəzəb olacaq”.
Prezident Tramp Şimali Koreyanı müharibə ilə təhdid edir. Amma bir çoxları hesab edir ki, ABŞ prezidentinin kəskin bəyanatları onun bizneslə məşğul olduğu vaxtlardan qalan vərdişidir. Və ola bilsin ki, beynəlxalq siyasətdə Tramp “dəlinin nəzəriyyəsini” irəli sürür.
Bu nəzəriyyəyə əsasən, düşmənə döyüşkən və anlaşılmaz insan təsiri bağışlamaq lazımdır.
Tramp dəfələrlə bildirib:
“Mən anlaşılmaz olmaq istəyirəm!”
Misallar:
Bu cür davranışın opponentlərdə qorxu hissi oyadacağı təxmin edilir.
Bu nəzəriyyənin pərəstişkarlarından biri ABŞ prezidenti Riçard Niksonolub, o deyirdi:
“Düşməni döyüş meydanında inandırmaq lazımdır. Mən axıra qədər gedəcəyimi göstərməliyəm”.
Nikson onu nəzərdə tuturdu ki, Vyetnama qarşı nüvə silahından istifadə etməyə hazırdır. Onun məqsədi Vyetnamın rəhbəri Xo Şi Mini qorxutmaq idi.
ABŞ prezidenti Ronald Reyqan da özünün sərt ifadələri ilə məşhurdur.
Amma Şimali Koreya da özünün “dəli nəzəriyyəsi” variantından istifadə edir. Son aylar ərzində ölkə dəfələrlə ballistik raketlərin uğurlu sınaqları ilə öyünüb, bunu təbliğat videolarının nümayişi ilə müşayiət edib. Phenyan xəbərdarlıq edib ki, təxribat olarsa Amerikanın ərazisi olan Quam adasına zərbə endirəcək.
Hazırda ABŞ administrasiyasının digər nümayəndələri, misal üçün, dövlət katibi Reks Trillerson öz prezidentlərinin sərt bəyanatlarını yumşaltmağa çalışırlar:
“Söhbət ancaq ondan gedir ki, biz vəziyyəti yaxşılaşdırmağa çalışdıq. Söhbət heç də bizim onları təhdid etməyimizdən getmir”.