“Borderizasiya” – bu söz siyasi lüğətə gürcü-osetin münaqişə zonasında gürcü tərəfinin inzibati sərhəd, osetin tərəfinin isə dövlət sərhədi adlandırdığı demarkasiya xəttinin təşkili prosesinin adı kimi daxil olub.
Prosesi osetin tərəfi, Rusiya sərhəd xidməti və dövlət təhlükəsizliyi komitəsi 2009-cu ildə, Cənubi Osetiya ətrafında 2008-ci ilin avqustunda baş verən müharibədən bir neçə ay sonra başladıb. Rusiya o zaman Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb.
“Borderizasiya” prosesi əsasən Rusiya hərbçiləri tərəfindən osetin hərbçilərinin iştirakı ilə həyata keçirilir. Onlar tikanlı məftil çəkir, metal və ya taxta hasarlar quraşdırır, xəndəklər və yanğın əleyhinə səngərlər qazır, “Cənubi Osetiyanın dövlət sərhədi” yazılmış lövhələr yerləşdirir və müşahidə infrastrukturu yaradırlar.
Tbilisi bu prosesi “sürünən ilhaq və ya işğal” adlandırır.
Hasarların bir hissəsi münaqişə zonasındakı gürcü kəndlərində sakinlərin həyətlərinin ortasından keçir və insanları evindən, bağından, örüş yerlərindən məhrum edir, qəbiristanlıqlara giriş-çıxışı bağlayır.
İşlər 2013-cü ildə fəallaşıb.