Ermənistanda növbədənkənar seçkilər 2021-ci il iyunun 20-də keçiriləcək. Seçki ölkədə ikinci Qarabağ müharibəsindən sonra yaranan siyasi böhranı həll etməlidir. Ermənistan tərəfinin məğlubiyyətindən dərhal sonra müxalifət baş nazirin istefasını tələb edib.
Amma Nikol Paşinyan bildirib ki, bütün ölkə sakinlərinin iradəsi ilə seçilib və sadəcə müxalifət nümayəndələrinin tələbi ilə getməyəcək. Nəticədə o, parlamentdə təmsil olunan müxalifətlə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı razılığa gəlib və aprelin 25-də istefasını bəyan edib – parlamentin buraxılması prosedurunu başlatmaq üçün.