Ermənistanda korrupsiya qalmaqalları

Ermənistanda korrupsiya qalmaqalları

Ermənistanda korrupsiya qalmaqalları – 2018-ci ilin yazında “məxməri inqilabın” qələbəsi hakimiyyət dəyişikliyi ilə nəticələnəndən sonra səs-küylü korrupsiya ifşaları silsiləsi başlayıb.

 

İnqilab lideri Nikol Paşinyan baş nazir seçilməzdən çox əvvəl Ermənistan hakimiyyətini korrupsiyalaşmış adlandırırdı. “İnqilabçı” hökumətin proqramını təqdim edərkən, o bəyan etmişdi ki, “asanlıqla” korrupsiyanın kökünü kəsəcək, çünki özü “korrupsiyaya qarışmayıb və heç bir korrupsiya intriqası onu məhdudlaşdırmır”.

 

Onlarla biznesmen, məmur, müəssisə və hətta məktəb direktoru istintaq altına düşüb. İnqilabdan sonrakı yalnız ilk iki həftə ərzində büdcəyə 20 milyard 622 milyon dram (42 milyon dollardan çox) vəsait qaytarılıb.

 

Ermənistanda ən səs-küylü korrupsiya qalmaqallarından biri parlamentin keçmiş deputatı, general Manvel Qriqoryanın işi hesab olunur. Onun evində deklarasiyadan kənar böyük məbləğdə pullar, çox sayda qanunsuz silah aşkarlanıb.

 

Generalın şəxsi zooparkındakı heyvanları əsgər payları ilə yedizdirdiyi haqda məlumatlar hədsiz qəzəb doğurub.

Korrupsiya ifşaları “məxməri inqilab” nəticəsində hakimiyyətini itirən Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın yaxın qohumlarını və çevrəsini də əhatə edib. 2019-cu ilin sonunda isə o özü də milyon dollardan çox büdcə vəsaitini talamaqda ittiham edilib.

 

“İnqilabçı” hakimiyyət prioritetlərindən birinin məhkəmə sistemində korrupsiya ilə mübarizə olduğunu bildirib.

 

Avropa İttifaqı Ermənistanın korrupsiya ilə mübarizəsini dəstəklədiyini bəyan edib.

Ən Populyar

JAMnews-u dəstəkləyin

Biz JAMnews-da müstəqil redaksiya siyasəti seçmişik. Siz bizi dəstəkləyəcəksiz? Yoxlanılmış faktlar, balanslı, ağlabatan izahlar – JAMnews məhz bu cür jurnalistika ilə təmin etmək istəyir. Biz çoxsaylı komandayıq – regionun hər yanında yaşayan redaktorlar və jurnalistlər. Heç kim bizim üçün gündəm yaratmır, heç kim bizim redaktorları redaktə etməyə cəsarət etməz – buna görə də, biz sizə hər gün hadisələri reallığa maksimum yaxın nəql edirik. Sizin istənilən köməyiniz bizə işimizi davam etməyə dəstək olacaq və bir fincan qəhvənin dəyəri olan 1 dollar bizim üçün çox önəmlidir. Təşəkkür edirik!

JAMnews-u dəstəkləyin