Tomas de Val : Rustavi -2 məsələsində İvanişvilinin əli var
« Gələn ilki seçkilərə az müddət qalmış Rustavi-2 kanalının ətrafında baş verənlər Gürcüstanın beynəlxalq imicinə zərər vuracaq , Karneqi fondunun Qafqaz üzrə əməkdaşı Tomas de Val bildirir.
“Appelyasiya məhkəməsinin qərarı verilmədən kanalın keçmiş sahibinə qaytarılması məsələsi “telefon məhkəməsi kimi şübhəli görünür. Bu narahatlıq yaradan bir haldır,- mütəxəssiz Rustavi 2 kanalı ilə bağlı məsələləri şərh edərkən bildirir.
De Val düşünür ki, Rustavi-2 və bir sıra digər məsələlərlə bağlı işlərdə “İvanişvilinin gizli barmağını görünür.
“Görünən odur ki, İvanişvili kulis arxasından məsələlərə nəzarət edir. Qeyd etmək lazımdır ki, bu bir sıra probblemlər yaracaq. Ona görə yox ki, İvanişvili məsələlərə tam nəzarət edir, ona görə ki, baş nazir özü qərar verməkdən çəkinir. Həqiqətən də, hakimiyyətdə olanlardan çox az adam məsuliyyətli qərar verir. Beləliklə, bizim ölkədə, məsələn, iqtisadiyyat sahəsində mühüm addımlar atmaqdan utanan hakimiyyətimiz var.
De Val bildirir ki, son illər Gürcüstan sadə vətəndaşların düşüncəsinə görə qanunun aliliyinin qorunması məsələsinə yanaşmada olduqca inkişaf edib. Lakin, onun fikrinə görə hal –hazırda Mixail Saarkaşvili və onun partiyasına yönəlik qərarlarda “siyasiləşmə hiss edilir. Bu isə kənardan onun partiyası olan “ Vahid xalq hərəkatı-nin dağıdılmasına cəhd edildiyi təəsüratını varadır.
“Ölkəyə siyasi və iqtisadi inkişaf lazımdır. O gələcəyə baxmalıdır. Lakin, “Gürcü arzusu koalisiyası keçmişə “ilişib qalıb, o hələ də 2012-ci ilin seçkilərindədir və Saarkaşviliyə düşmənçilik edir, ekspert düşünür.
De Val deyir ki, plyuralistik media Gürcüstanın ən yaxşı xüsusiyyətlərindən biridir. “Mən demirəm ki, jurnalıistika yüksək səviyyədədir. Lakin, siyasi düşüncə müxtəlifliyi mövcuddur ki, bu da öz növbəsində demokratik, azad müzakirələrə şərait yaradır. Əgər yeni sahiblər Rustavi-2-nin redaksiya siyasətində dəyişiklik etsələr, ölkənin televiziya məkanında ancaq bir partiyanın üstünlük təşkil etməsi təhlükəsi yaranacaq. Necə ki 2007-ci ildə İmedi kanalının zəbt edilməsi zamanı oxşar hadisə baş vermişdi. Burada bir neçə üzvünün artıq həbsdə olduğu əsas müxalif partiyaya yer olmayacaq, ekspert düşünür.