Məhkəmə Tofiq Yaqublunu həbsdə saxlayıb
Tofiq Yaqublu həbsdə qalıb
Azərbaycanda apellyasiya məhkəməsi müdafiə tərəfinin kassasiya şikayətini təmin etməyib və tanınmış müxalif siyasətçi Tofiq Yaqublunu həbsdə saxlayıb. O, 4 aydır həbsdədir və daha 2 ayı dəmir barmaqlıqlar arxasında keçirməlidir. Yaqublu dələduzluqda ittiham olunur vəbu ittihamla onu 12 ilə qədər həbs cəzası gözləyir.
- Gürcüstan müxalifəti keçmiş baş nazirin ailəsinin bu qədər pulu haradan əldə etdiyini öyrənməyi tələb edir
- Azərbaycan hökuməti AİHM-in 7 qərarına əsasən ümumilikdə 230 min avrodan çox kompensasiya ödəyəcək
- Azərbaycan məhkəmələri hüquq müdafiəçilərinin “siyasi məhbus” kimi tanıdığı şəxslərin vəsatətlərini rədd edib
Aprelin 15-də Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublunun həbs müddətinin daha iki ay uzadılması ilə bağlı şikayətə baxılıb.
Vəkil Aqil Layıc bildirib ki, müdafiə tərəfi bu qərarın ləğvini xahiş edib. Vəkilin sözlərinə görə, həbs qətimkan tədbirinin nəinki uzadılmasının, ümumiyyətlə Yaqublunun həbsdə qalmasının əsası yoxdur.
“Tofiq Yaqublu həmişə saxtalarlığa, dələduzluğa qarşı mübarizə aparıb. Ona görə də ona bu gün bu ittihamların irəli sürülməsi absurddur. Buna baxmayaraq, məhkəmə şikayətimizi təmin etmədi”, – deyə vəkil bildirib.
Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib. Ertəsi gün Bakının Nərimanov rayon Məhkəməsinin qərarı ilə müxalif Müsavat Partiyasının üzvü və Demokratik Qüvvələrin Milli Şurasının idarə heyətinin üzvü Tofiq Yaqublu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (qəsdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur.
Aprelin 6-da onun həbs müddəti daha iki ay uzadılıb.
Rəsmi ittihamda deyilir ki, Yaqublu kiməsə siyasi mühacirət təşkil edəcəyini vəd edib və dekabrın 8-də bununla bağlı onunla razılığa gəlib. Artıq 11-də dələduzluq maddəsi ilə cinayət işi açılıb. Vəkil istintaqın bunu tez bir zamanda müəyyən edə biləcəyinə şübhə etdiyini bildirib.
Yaqublu saxlanılandan sonra onun evində axtarış aparılıb. Siyasətçinin həyat yoldaşı Maya Yaqublunun sözlərinə görə, polis “evdən 5 min avro, 2500 manat və bir qədər dollar tapıb”.
“Özüm də təəccübləndim, evdə bir qəpik də yox idi. Dünən həkimə gedəndə qonşudan 50 manat borc almışam. Özləri qoyublar, özləri də tapıblar”, – deyə o bildirib.
Yaqublu isə öz növbəsində bütün ittihamları rədd edir, cinayət işini müxalif fəaliyyəti ilə əlaqələndirir.
İttiham tərəfinin iddiasına görə, Yaqublunu 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Tofiq Yaqublu kimdir?
Tofiq Yaqublu hakimiyyəti tənqid edən şəxs kimi tanınır. Əvvəllər dəfələrlə fiziki zorakılığa məruz qalıb, polis tərəfindən saxlanılıb və məhkum edilib.
Tofiq Yaqublu hakimiyyəti tənqid edən şəxs kimi tanınır. Əvvəllər dəfələrlə fiziki zorakılığa məruz qalıb, polis tərəfindən saxlanılıb və məhkum edilib.
2014-cü ilin martında Yaqublu İsmayıllı şəhərində kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 5 il müddətinə məhkum edilib. Avropa İnsan Haqları Məhkəməsi Yaqublunun həbsi zamanı onun hüquqlarının pozulduğunu tanıyıb və Azərbaycan hökuməti üzərinə 24 min avro kompensasiya ödəmək öhdəliyi qoyub. O, 2016-cı il martın 17-də erkən azad edilib.
2019-cu il oktyabrın 19-da müxalifətin Bakıda keçirdiyi mitinq zamanı Tofiq Yaqublu 30 sutka müddətinə həbs edilib. Azadlığa çıxandan sonra o, təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyünü və ondan müxalif fəaliyyətinə son qoymaq tələbi ilə hədələndiyini bildirib.
Tofiq Yaqublu 2020-ci il martın 22-də Bakıda xuliqanlıq ittihamı ilə saxlanılıb. Cinayət işinə görə, o, qəza törədib və başqa avtomobildə olan ər-arvadı döyüb. Həmin il sentyabrın 3-də o, 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Sentyabrın 18-də – istintaq təcridxanasında elan etdiyi aclıq aksiyasının 18-ci günü Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı ilə dəyişdirilib.
O, 2022-ci il dekabrın 23-də ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə Bakının mərkəzində keçirilən etiraz aksiyasında da saxlanılıb. Məhkəmənin qərarı ilə o, 30 sutka müddətinə inzibati həbs edilib. Məhkəmə Yaqublunu “xırda xuliqanlıq” və “polisə tabe olmamaqda” təqsirli bilib.
Daha sonra 2023-cü il yanvarın 5-də Tofiq Yaqublu aclıq aksiyasına başlayıb. Yanvarın 22-də o, 30 günlük inzibati həbsdən sonra azadlığa buraxılıb.