Rusiya təyyarəsi A321-in Sinay səhrası üzərində qəzaya uğramağının səbəbi terror aktıdır. Bu barədə Rusiya MTN rəisi Aleksands Bortnikov məlumat verib. Onun sözlərinə görə təyyarədə 1 kq trotil ekvivalentində olan əldədüzəltmə partlayıcı işə düşüb.
Bortnikovun sözlərinə görə sərnişinlərin əşyalarınının içərisində və təyyarənin qalıqlarında partlayıcı maddənin izləri tapılıb.
“Birmənalı şəkildə bunun terror aktı olduğunu deyə bilərik- Bortnikov deyir.
Bununla yanaşı bir çox müşahidəşilər iddia edir ki, son günlər baş verən terraktlar – rusiya avialaynerinin vurulması və Parisdə baş vermiş terror olayları Rusiya ilə Qərbin yaxınlaşmasına gətirib çıxarda bilər. “Moskva ilə Vaşınqton arasında olan yaxınlaşma – Suriya konfliktinin çözülməsi demək olacaq- italyanın Messaggero qazetinə istina edən ТАСС informasiya agentliyi yazır. Bununla yanaşı son zamanlar oxşar mövzunu işıqlandıran bir çox qərb mediasından misallar gətirilir.